Xəbərlər ::

SİYASƏT :: Azerbaycan prezidenti: "Heç kimden asılı deyilik"

07-10-2015 05:20

“Siyasetimizin merkezinde Azerbaycan vetendaşı dayanır. Azerbaycan vetendaşı üçün ne lazımdırsa, o da olmalıdır. Amma buna nail olmaq üçün elbette ki, iqtisadiyyatımız daha da güclü olmalıdır, daha da süretle inkişaf etmelidir. Regionların inkişaf proqramının meqsedi mehz bundan ibaretdir ki, bölgelerde, kendlerde, qesebelerde, rayon merkezlerinde lazımi şerait yaradılsın, insanlar rahat yaşasınlar, iş yerleri açılsın, yaxşı mevacib alsınlar, biznes imkanları genişlensin”.  Payiz.Az-ın prezidentin saytına istinaden verdiyi xebere göre,  bunu oktyabrın 6-da Ucar ictimaiyyetinin nümayendeleri ile görüşünde Azerbaycan prezidenti İlham Eliyev deyib.

 

Dövlet başçısı qeyd edib ki, düşünülmüş siyaset olan yerde inkişaf da var: “Azerbaycanda düşünülmüş siyaset aparılır. Mehz buna göre biz bütün bölgede, dünyada yaşanan böhranlı şeraitden, sınaqdan şerefle çıxırıq. Hemişe demişem, Azerbaycan sabitlik, tehlükesizlik mekanıdır. Azerbaycan vetendaşı tehlükesizlik şeraitinde yaşayır ve yaşamalıdır, sabitlik şeraitinde yaşayır ve yaşamalıdır. Ancaq ölke bu teqdirde inkişaf ede biler. Harada ki, tehlükesizlik, sabitlik pozulur, orada ölke dağılır, iqtisadiyyat çökür, sosial problemler yaşanır ve başqa xoşagelmez hallar üze çıxır”.

 

“Biz Azerbaycanda ele siyaset aparırıq ki, bütün mümkün olan risklerden özümüzü qoruyaq, sığortalayaq ve buna nail oluruq. Neye göre? Çünki xalqla iqtidar arasındakı birlik bunu şertlendirir. Ona göre ki, Azerbaycan iqtisadi sahede, beynelxalq alemde müsteqil, düşünülmüş siyaset aparır. Bizi ancaq Azerbaycan xalqının maraqları maraqlandırır. Azerbaycan xalqının marağında ne varsa, o da olacaq. Eger maraqlarımızın kenarlarında her hansı bir teşebbüs gösterilirse, biz o teşebbüse qoşulmuruq. Ona göre, bezi hallarda tezyiqlere de meruz qalırıq. Ancaq biz esas meqsedi temin edirik - Azerbaycanın tehlükesizliyi, inkişafı, insanların rifahı ve xoşbextliyi”, deye prezident İlham Eliyev qeyd edib.

 

Dövlet başçısı qeyd edib ki, bu gün dünyada, bölgede yaşanan xoşagelmez menzere bir daha Azerbaycanın uğurlu inkişaf modelini ortaya qoyur: “Bizim ölke nümunedir. Men ona göre demirem ki, özümüzü terifleyek, qüsurlar da çoxdur. Ancaq indi dünyada geden ümumi proseslere baxdıqda görürük ki, Azerbaycanda hem ictimai prosesler, hem de iqtisadi inkişaf düzgün mecrada gedir. Baxmayaraq ki, neftin qiymeti iki defeden çox aşağı düşüb, gelirlerimiz azalıb Azerbaycan vetendaşı bunu hiss etmemelidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynelxalq imicimiz günden-güne güclenir. Çünki bu uğurlu inkişaf modelinin temelinde elbette ki, düşünülmüş siyaset dayanır. Biz hemişe çalışmışıq ve çalışırıq ki, daxili resurslara arxalanaq. Ona göre, heç kimden asılı deyilik. Ona göre, özümüz öz heyatımızı qurmuşuq ve yaxşı heyat qururuq”.

 

“Bununla beraber, hamımız yaxşı bilirik ki, hele görülesi işler çoxdur, hem merkezde - Bakıda, hem bütün bölgelerde quruculuq, abadlıq, inkişaf, islahat ve sosial edalet - bütün bu meseleler daim diqqet merkezindedir. Menim bölgelere mütemadi seferlerimin meqsedlerinden biri de odur ki, veziyyetle tanış olum, soruşum işler necedir, hansı meseleler insanları narahat edir, incidir ki, biz onları hell edek. Bax, biz bu yolla gedirik ve eminem ki, yaxın bir neçe il erzinde ölke qarşısında duran bütün esas infrastruktur ve sosial meseleler öz hellini tapacaq”, deye ölke başçısı vurğulayıb.

 

“Dövlet öz terefinden sahibkarları destekleyir, güzeştli kreditler verir, texnika, gübre ile temin edir, şerait yaradır, siyasi destek de var. Sahibkar da gerek işlesin. Yerli icra orqanları da kömek etsin, mane olmasın. Onda sahibkarlıq daha da süretle inkişaf edecek. Men demişem, bir daha demek isteyirem, iqtisadiyyatımız ele işlemelidir ki, biz neftin qiymetinden asılı olmayaq. Hele ki, asılıyıq. Bax, neftin qiymeti iki defeden çox düşüb, gelirlerimiz azalıb. Ancaq biz qeyri-neft sektorumuzu daha da süretle inkişaf etdirsek, onda neftin qiymeti düşdü, ya qalxdı o qeder de ehemiyyet daşımayacaq. Bax, bu, esas istiqametlerdir ve bu istiqametler prioritet teşkil edir”, deye prezident İlham Eliyev qeyd edib. 


Oxunub 335 defe