Xəbərlər ::

HADİSƏ :: Paytaxtda iki qardaşı ağır yaraladılar

07-10-2015 07:20

Öten gece xesaret alan Ramana sakinleri 3 saylı şeher Kliniki xestexanasına yerleşdirilibler. Xestexanadan APA-ya verilen melumata göre, Ramana qesebesi, "Südçülük Sovxozu" deyilen erazide yaşayan yaralılar 22 yaşlı Elvin Bayramov ve 26 yaşlı Babek Bayramov qardaşlarına derhal tibbi yardım gösterilib. Müayine zamanı Elvin Bayramova qolun sınığı diaqnozu, Babek Bayramova ise bedenin müxtelif nahiyesinin kesilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

 

Bayramov qardaşları polise verdikleri ilkin ifadelerinde avtomobil qezasında yaralandıqlarını söyleyibler. Lakin, polis onların bu ifadesini inandırıcı saymayıb. 22 yaşlı Elvin Bayramov ifadesinin alınması üçün Sabunçu Rayon Polis İdaresinin 12-ci polis bölmesine getirilib.

 

Polisden APA-ya verilen melumata göre, Bayramov qardaşlarının ifadeleri esasında araşdırma aparılır. Aparılan araşdırmanın neticesinde hadisenin esl sebebinin öyrenmek mümkün olacaq.


Oxunub 276 defe