Xəbərlər ::

HADİSƏ :: Elçin Quliyev Türkiyenin baş qerargah reisi ile görüşüb

07-10-2015 16:01

Serhed Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Türkiye Silahlı Qüvvelerinin Baş Qerargah reisi ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayende heyetini qebul edib.

 

Dövlet Serhed Xidmetinden Payiz.Az-a verilen melumata göre, görüşde Azerbaycan Dövlet Serhed Xidmeti ve Türkiye Silahlı Qüvveleri arasında ikiterefli elaqelerin veziyyeti yüksek qiymetlendirilib ve gelecek emekdaşlığın perspektivlerine dair fikir mübadilesi aparılıb.

 

Söhbet esnasında AR-in dövlet serhedlerindeki mövcud emeliyyat şeraiti, serhed tehlükesizliyine olan tehdidler, o cümleden Ermenistanın tecavüzü neticesinde ölke erazisinin 20%-nin ve  dövlet serhedlerinin  bir hissesinin işğal altında qalması, bu erazilerden qeyri-qanuni meqsedlerle istifade hallarının davam etdirilmesi qeyd olunub. Bununla yanaşı qeyri-leqal miqrasiya, qaçaqmalçılıq, narkotiklerin daşınması ve diger transserhed cinayetkarlığı ile mübarizede heyata keçirilmiş tedbirler, serhed mühafize sisteminin güclendirilmesi, maddi-texniki bazanın tekmilleşdirilmesi üzre görülmüş işler ve elde olunmuş nailiyyetler barede melumat verilib.

 

Terefler arasında serhed tehlükesizliyinin möhkemlendirilmesi, tecrübe ve melumat mübadilesinin aparılması, birge serhed telimlerinin keçirilmesi, qarşılıqlı emekdaşlığın genişlendirilmesi ve diger maraq doğuran meseleler baresinde fikir mübadilesi aparılıb.         

 

Görüş zamanı general-polkovnik Elçin Quliyev Azerbaycanın dövlet serhedlerinin mühafizesi işinin teşkili ve inkişafı meselelerinde  Dövlet Serhed Xidmeti ile feal emekdaşlığa göre Türkiye Respublikası Silahlı Qüvvelerinin Baş Qerargah reisi ordu generalı Hulusi Akarı «Azerbaycan Serhed Mühafizesinin 95 illiyi (1919-2014)» yubiley medalı ile teltif etmiş ve gelecek  fealiyyetinde ona uğurlar arzulayıb.

 

Görüş dostluq ve qarşılıqlı anlaşma şeraitinde keçirilib.  

 


Oxunub 259 defe