Xəbərlər ::

HADİSƏ :: BÖYÜK TEHLÜKE: Bakı Avtovağzalının qarşısında sürüşme baş verib - YENİLENİB

07-10-2015 16:02

 

Bakı-Sumqayıt yolunda sürüşme baş verib, iri çatlar meydana gelib.

 

Payiz.Az-ın hadise yerindeki emekdaşının verdiyi melumata göre, “Azeryolservis” ASC-nin emekdaşları hazırda hadise yerindedir ve berpa işleri ile meşğuldurlar.

 

“Azeryolservis” ASC-nin metbuat xidmetinin rehberi Anar Necefli Payiz.Az-a açıqlamasında bildirib ki, çatlama ve sürüşme esasen Bakı Avtovağzal erazisinde olub: “Hazırda yağış yağarken daha da ciddi fesadlar töretmesin deye, çatların üzeri örtülür. Sebebleri araşdırılır”.

 

Hadise yerine baş çeken FHN emekdaşları da baş vermiş hadisenin neden olduğunu, tehlükenin davam edib etmeyeceyini müeyyenleşdirirler. 

**

14:51

Bakı-Sumqayıt yolunda sürüşme baş verib.

 

APA-nın xeberine göre, sürüşme hadisesi şeher istiqametinde, Bakı Avtovağzal kompleksinin qarşısında qeyde alınıb.

 

Sürüşme neticesinde yolda istinad divarı eyilib, Avtovağzalın yola yaxın heyetinde iri çatlar emele gelib.

 

Ekologiya ve Tebii Servetler Nazirliyinin (ETSN) Milli Geoloji Keşfiyyat Xidmetinin geoloji planlama ekspedisiyasından APA-ya faktı tesdiqleyibler.

 

Bildirilib ki, sürüşme neticesinde yolun Sumqayıtdan Bakıya gelen istiqametde yolun ortasında böyük çatlar emele gelib, yolun ortasından Avtovağzal istiqametinde qeyri-beraber çökme baş verib.

 

Hazırda aidiyyeti qurumlar erazide iş aparır.


Oxunub 287 defe