Xəbərlər ::

HADİSƏ :: Xızıda meşe yanğını töretmekde teqsirli bilinen fermerler haqda araşdırma başlayıb

29-07-2015 12:54

 

 

İrade İbrahimova: "Fermerler müeyyenleşdirildikden sonra meşe sahesine vurulan ziyanla bağlı onlar baresinde müvafiq senedleşme aparılacaq ve hüquq-mühafize orqanlarına müraciet edilecek"

 

"Meşe yanğınlarının sebebleri ile bağlı mütexessislerin apardığı tehliller ve monitorinqler gösterir ki, baş veren yanğın hadiselerinin çox böyük ekseriyyeti taxıl biçininin yekunlaşmasından sonra biçeneklere od vuran  fermerlerin ehtiyatsızlığı ve etinasızlığından ireli gelir".

 

Bunu APA-ya açıqlamasında Ekologiya ve Tebii Servetler Nazirliyinin metbuat xidmetinin rehberi İrade İbrahimova deyib.

 

 

İ. İbrahimovanın spzlerine göre, torpaq sahibleri olan fermerler meselenin ciddiliyini ve mesuliyyetini anlamadan plansız, qabaqlayıcı tedbirler olmadan, yanğın tehlükesizliyi qaydalarına emel etmeden sahelere od vurur ve yarana bilecek fesadları hesablamırlar.

 

"Nezere almırlar ki, bele mesuliyyetsiz addımların neticesinde hektarlarla meşe örtüyü mehv ola biler, ölkenin meşe fondu ani vaxt içerisinde yanıb kül olmaq tehlükesi ile üzleşer. Xızıda baş veren yandın zamanı fedakar insanların şücaeti yüzlerle ağacı xilas etdi, amma bele olmaya da bilerdi, alov daha keçilmez yüksek dağlıq saheleri ehate etseydi, meşelerimiz qarşısı alınmaz fesadlarla üzleşe bilerdi", - deye İ. İbrahimoba bildirib.

 

Metbuat xidmetinin rehberi qeyd edib ki, bunlar nezere alınaraq, ETSN-in müvafiq qurumları terefinden araşdırmalara başlanılıb: "Araşdırma başa çatdıqdan ve yanğın töretmekde teqsirli bilinen torpaq istifadeçileri - fermerler müeyyenleşdirildikden sonra meşe sahesine vurulan ziyanla bağlı onlar baresinde müvafiq senedleşme aparılacaq ve barelerinde ciddi tedbirlerin görülmesi üçün hüquq-mühafize orqanlarına müraciet edilecek. Bölgelerde yanğınlara yol verilmemesi istiqametinde Nazirliyin tabeli qurumları terefinden mütemadi olaraq monitorinqler ve maariflendirme işleri davam etdirilir.

 

Havaların isti ve quraq keçmesi ile elaqedar ise ETSN ehalini tebiet qoynunda olarken odla ehtiyatlı olmağa, yanğın tehlükesizliyi qaydalarına riayet etmeye çağırır".

 

Qeyd edek ki, iyulun 28-de Xızıda iki hektara yaxın meşe fondu torpağında yanğın baş verib.

 

 


Oxunub 836 defe