Xəbərlər ::

MƏDƏNİYYƏT :: Braziliyada Azerbaycan filminin teqdimatı keçirildi

08-10-2015 01:30

Oktyabrın 6-da Azerbaycan Respublikasının Braziliyadakı sefirliyinde Heyder Eliyev Fondunun desteyi ile istehsal edilmiş “Hedef Bakıdır. Hitler neft uğrunda döyüşü nece uduzdu” senedli filminin teqdimatı keçirilib.

 

Sefirlikden APA-ya verilen melumata göre, tedbirin evvelinde çıxış eden Azerbaycanın Braziliyada sefiri Elnur Sultanov qeyd edib ki, Arzu Eliyevanın layihe rehberi olduğu “Hedef Bakıdır. Hitler neft uğrunda döyüşü nece uduzdu” senedli film faşizm üzerinde qelebenin 70 illiyine hesr olunub ve filmin çekilmesinde meqsed Azerbaycan xalqının faşizm üzerinde qelebede tarixi rolunu, Bakı neftinin strateji ehemiyyetini bütün dünyaya göstermek ve eyni zamanda bu tarixi heqiqeti gelecek nesillere çatdırmaqdır. O, filmin teqdim edilmesinde gösterdiyi desteye göre Heyder Eliyev Fonduna derin teşekkürünü ifade edib. 

 

Sefir E.Sultanov vurğulayıb ki, çekilişleri 14 ay davam eden “Hedef Bakıdır” senedli filminin üzerinde iş zamanı bir sıra ölkelerin arxivlerinde çoxsaylı senedler araşdırılıb ve filmde İkinci Dünya müharibesinin tarixine tamamile yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Filmin aktual xarakter daşıdığını bildiren sefir dünyanın müxtelif yerlerinde zorakılığın, ekstremizmin, etnik temizleme, qaçqın böhranı ve diger neqativ halların davam etdiyini qeyd ederek ölkemizin 20 faiz torpaqlarının Ermenistan terefinden iyirmi ilden artıq işğal olduğunu qonaqların diqqetine çatdırıb. O, filmin sülh, edalet ve tehlükesizliyin berqerar olunması ve beynelxalq hüquqa riayet edilmesi üçün güclü ismarıc gönderdiyini vurğulayıb.

 

Senedli film qonaqlar terefinden böyük maraqla qarşılanıb ve filmin Braziliyada gelecekde nümayiş etdirilmesi meqsedile teklifler ireli sürülüb. Tedbirde Braziliya resmileri, Braziliyada akkredite olunan diplomatik missiyalarının rehberleri, akademik dairelerin nümayendeleri, yerli ictimaiyyet ve Azerbaycan sefirliyinin emekdaşları iştirak edib. Tedbirin sonunda qonaqlara ziyafet verilib.


Oxunub 309 defe