Xəbərlər ::

HADİSƏ :: Generalın keçmiş heyat yoldaşının mehkemesi texire salınıb

29-07-2015 13:01

 

 

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde Daxili İşler Nazirliyinin generalı Emin Şekinskinin keçmiş heyat yoldaşını ölkeden qaçırmaqda teqsirlendirilen qrup üzlerinin - Penah Dadaşov, Namiq Camalov, Raqub İsbendiyarov, Zeyneb Ceferova, Şefiqe Bağırova, Saçlı Hesenova, Pervin Dadaşov, Revane Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adem İsgenderov ve Ennab İsgenderovanın cinayet işi üzre mehkeme prosesi davam etdirilib.

 

Payiz.Az-ın melumatına göre, hakim Efqan Hacıyevin sedrliyi ile keçirilen prosesde dövlet ittihamçısı iştirak etmediyine göre proses avqustun 6-na qeder texire salınıb.

 

 

 

Qeyd edek ki, teqsirlendirelen şexsler Gülnare Şekinskayanın, elece de onun övladları - Hemide, Meryem, Nadiya ve Cevahir Şekinskayaların dövlet serhedini qanunsuz keçmelerine yardım edibler ve bu meqsedle cinayet elaqesine giribler. Bu meqsedle G.Şekinskaya keçmiş heyat yoldaşı Emin Şekinskinin evindeki demir seyfden 60 min manat pulu oğurlayıb.

 

Teqsirlendirilen şexsler Cinayet Mecellesinin 177.3.2 (oğurluq), 320.1 (resmi senedleri, dövlet teltiflerini, möhürleri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma ve ya saxta senedlerden istifade etme) ve 318.2-ci (Azerbaycan Respublikasının dövlet serhedini qanunsuz keçme) maddeleri ile ittiham olunurlar.

 

Sözügeden cinayet işi üzre teqsirlendirilen şexsler - Gülnare Şekinskaya, onun qardaşı Ferid Yusub ve Elövset Eliyev istintaqdan gizlendiklerine göre barelerinde axtarış elan olunub.


Oxunub 434 defe