Xəbərlər ::

SOSİAL :: (R) "Azercell" daha iki jurnalisti Londonda tehsil almağa gönderir

08-10-2015 12:34

 

Azercell Telekom MMC-nin Kaspi Tehsil Şirketi ile birge teşkil etdiyi Jurnalistler üçün ingilis dili kurslarının növbeti merhelesi başa çatıb. Oktyabrın 7-de keçirilen metbuat konfransına Azercell şirketinin prezidenti Vahid Mürseliyev de qatılaraq bu layihenin KİV nümayendelerinin ingilis dili biliklerinin inkişafına kömek etdiyini ve beynelxalq elaqelerinin qurulmasına destek olduğunu vurğuladı ve növbeti illerde de ingilis dili kurslarının davam edeceyine ümid etdiyini söyledi.

 

Sonra bu il ingilis dili kursunu uğurlu başa vuran 73 jurnaliste sertifikatlar teqdim olundu. Eyni zamanda, imtahanlarda yüksek neticeler gösteren jurnalistlerin adları açıqlanaraq, onların Böyük Britaniyada ingilis dilininin tekmilleşdirilmesi kursuna gönderilmesi barede melumat verildi. Bu il Londona sefer edecek qalib jurnalistler ATV telekanalının emekdaşı Sema Ehmedova ve “Palitra” qezetinin müxbiri İlkin Ağayev oldu.

Qeyd edek ki, sözügeden layihe zamanı 6 ay erzinde metbuat nümayendeleri bir neçe seviyyeden ibaret ingilis dili proqramı üzre tedris keçibler. Neticede, jurnalistler ingilis dilinin qrammatikası, danışıq ve yazı bacarıqlarına yiyelenibler. Kursların meqsedi Azerbaycanlı jurnalistlerin dil öyrenmesine kömek etmek, onların ingilis dilli menbelerden serbest istifadesine yardımçı olmaqdan ibaretdir.

 

Azercell şirketinin desteyile İngilis dili kurslarına növbeti qeydiyyat ise oktyabrın 8-den başlayır. Qeydiyyat üçün media nümayendesinden vesiqesinin sureti, iş yerinden arayış ve derc olunmuş son üç meqalesini Kaspi Tehsil Şirketine teqdim etmesi teleb olunur. Son qeydiyyat tarixi 21 oktyabrdır. 

 

Xatırladaq ki, Azercell Telekom fealiyyetde olduğu müddet erzinde media nümayendeleri üçün daim maraqlı layiheler teşkil edib.  Azercell yegane mobil operatordur ki, sırf KİV işçileri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlayıb. Azercell Telekom her zaman olduğu kimi Azerbaycanın metbuatının inkişafına öz desteyini göstermekde davam edecek.



Daha etraflı melumat üçün news@mcs.az ünvanına müraciet ede bilersiniz.

 


Oxunub 301 defe