Xəbərlər ::

SOSİAL :: “16 yaşımdan heç kime hesab vermirem” - PEŞE ADAMININ BİR GÜNÜ

08-10-2015 13:05

 

“Qalereyada 2-3 alverçi var, heç bir ressamla müqavile bağlanmır ki, ressam rahatlasın, bilsin aylıq geliri var, iki ay sonra sergi üçün hazırlaşsın”

 

 

Bu defe de ressam Ellada xanımın emalatxanasındayıq. Men ve fotoqrafımız Ramille. Diger müsahibelerden ferqli olaraq, bu defe ilk sualı Ramil verir. Etrafa, resmlere diqqetle baxır ve...

 

- Bu yaşdan sonra ressam ola bilerem?

 

- 52 yaşında da telebem var.

 

- Uşaqlıqdan ecaib dovşan şekli çeke bilirem. Başqa heç ne çeke bilmirem.

 

Gülürük. Bundan sonra Ramil fotoaparatını işe salır ve biz müsahibemize başlayırıq. Evvelce müsahibimiz haqqında qısa avtobioqrafik melumat verek.

 

 

Ellada İsmayılova Ezim Ezimzade adına Bakı Ressamlıq Mektebinde rengkarlıq üzre bir il oxuduqdan sonra 1997-ci ilde tehsilini yarımçıq qoyub senedlerini o vaxtkı İncesenet Universitetine (indiki Ressamlıq Akademiyası) verir. 2002-ci ilde hemin universiteti magistr pillesi üzre bitirir.

 

 

- Atam herbçidir. Özü de çox ağır xarakteri var. Her şeye qadağa qoyurdu. Eger senin etrafında rengkar biri yoxdursa, onun senin haqqında tesevvürü başqa olur. Evveller “passaj” vardı. Ressamlar “passaj”da oturardı. İnsanların ressamlar haqda o “passaj”dan başqa fikirleri yox idi. Fikirleşdim, atam meni qoymayacaq “passaj”da durmağa. Ona göre de reklam üzre ressamlığı (senaye qrafikası) seçdim.

 

 

Akademiyanı bitirenden sonra 8 ile yaxın reklam agentliyinde işleyir. Art direktor, kreativ direktor, şöbe müdiri.

 

- Sonra heyat yoldaşım reklam şirketi qurdu. Başladıq beraber işlemeye. Bir de baxdım ki, getmir. Mütemadi reklam üçün çekirdim. Amma materialla işlemek başqadır. Dörd ile yaxındır reklam işini tamam buraxmışam.

 

 

Başlayır rengkarlıq etmeye.

 

 

- İşim güller, qadınlar ve uşaqlarladır. Onları çekmeyi çox sevirem. Peyzaj da çekirem, amma qalmır. Satışa qoyan kimi derhal satılır. Hazırda zanbaq çekirem.

 

Divara söykediyi ağ zanbaqları gösterir.

 

 

- Bundan ferqli olaraq iki zanbaq daha olacaq. Qırmızı ve ağ. Bunu daha çox interyer üçün sifariş verirler.

 

- Alıcılıq necedir, qiymetler sizi qane edir?

 

 

- Yaxşıdır. Mene qalsa, işlerimi satmaram. Heç bir pul mene o lezzeti vermir. Meselen, bu şekli satmıram.

 

Qarşımızdakı divardan asılmış qadın tablosunu gösterir.

 

- O Marqodu. Qaraçı qızı. Xarici ölkelerde de sergiye gönderende alıcısı çox olur. Amma satmıram.

 

- Niye?

 

- Çox ezizdir. Yaralı barmaq eziz olan kimi, bu iş de mene ezizdir. Eslinde çox zay bir iş idi. Altında üç dene başqa iş var. Üstünde işledim, bu alındı. Müşterisi daima var. Ne vaxt olsa, satılacaq. Qoy, hele qalsın. Satmağa telesmirem. Sergiye qoyanda baxıram qarşısında çox adam dayanır, “selfie” çekdirir, “Facebook”da profil şekli edir. Bu da mende eminlik yaradır. Özüme de xoşdur ona baxmaq. Meselen, çox sevdiyiniz evi satmazsınız. Ressamlar da eledi. Bir şeye qarşı emosiyası varsa, onu satmaz. Hele ele işlerim var, ümumiyyetle, göstermirem.

 

- Eviniz necedir, ancaq öz tablolarınızla bezemisiniz?

 

- (Gülür) He. Evveller alırdım.

 

 

Ve arxaya çönüb metbexe işare edir.

 

- Orda bir balaca iş var. 2002-ci ilde almışdım. O qeder sevirdim ki, qonaq otağımdan asmışdım. İndi baxıram, heç nedir. Artıq metbexe gedib çıxıb. Bir az da keçse, pencereden küçeye düşecek (gülür).

 

- Yaradıcılığını beyendiyiniz yerli ressamlar var?

 

- Kamil Necefzade. Müellimim olub. Öten il rehmete getdi. İşleri çox gözeldir. Esasen kino ressamı idi. Hissiyyatı ve onu ötürme qabiliyyeti çox güclü idi. Ressamlar var, işi-gücü rol oynamaqdır. Ya paltarı cırıqdır, sarı buruq, ya üst-başı boyalı olur, boynunda “kosinka”sı. Rol oynamayan adamları sevirem. Adam bacarır, ressamdır, sadedir. Sakit Memmedov kimi. Tanıyırsınız?

 

Ramil meni qabaqlayır.

 

- Yasamalda qalereyası var. Olmuşam orda.

 

- Bes genclerden?

 

- Aqşin var. Turan Muxtarzade. Benzersiz ressamdır. O cür ressam Avropada, Amerikada yoxdu. Belke Rusiyada ola. Hissiyyat qüvveti 20-ci esr imperialist fransızlar qeder güclüdür. Adam iş görende işe hissiyyatını verir. Biri de var, bilerken hissiyyatı qatırsa, o gözel olur. Ele işlerin qiymeti yüksek olur. Sakit müellim işlerini otuz mine, elli mine, üç yüz min avroya satır. Papanın portretiydi. Dövlet sifarişli möhteşem işiydi.

 

 

- Ferdi serginiz olub?

 

- 1996-97-ci ilden beri sergilerde iştirak edirem. İndiye qeder ferdi sergi etmemişem. Hesabat sergisi xoşuma gelmir. Men on ildir işleyirem, bu qeder iş çekmişem. Hesabat sergisine xeyli vaxt ayırmaq, hazırlaşmaq lazımdır. İyirmi-otuz yaxşı iş işlemek lazımdır. Yaxşı iş de her defe alınmır. 2-3 aydan bir sergiler olur. Yaxşı iş olanda da verirsen sergiye, derhal satılır. Pul meselesi ele celbedicidir ki, alan olanda 2-3 defe fikirleşirsen, dördüncü defe satırsan. Yaxşı iş qalmır. Bizde herrac, art dillerler yoxdur. Xüsusen resm alveri ile meşğul olan adamlar yoxdur. Qalereyalar heç bir ressamla müqavile bağlamır ki, ressam rahatlasın, bilsin aylıq geliri var, iki ay sonra sergi üçün hazırlaşsın, sergide eserleri satılacaq ve ondan gelen pulla davam edecek. Qalereyada 2-3 alverçi var. Ona aparıb iş verersen, ucuz alacaq ve heç bilmirsen kime satacaq. Ona göre de qalereyaya iş vermek istemirem.

 

- Yeni sizin üçün alıcının kimliyi önemlidir.

 

 

- He. Bilirsiniz, iş ardınca iş getirmelidir. Bunun biznes terefi de var. Kimse menim yaxşı işimi aparıb bağda asacaqsa, men ona satmıram. 4-5 işim qalereyadan gedib, heç görmemişem alıcını. Hele de fikirleşirem ki, göresen, iş hardadır?

 

- Gözünüz axtarır?

 

 

- Yox, bilirem ki, yığırlar anbara. Ya sıxışdırıb hansısa işin arasında verirler, ya xarice aparıb, öz adını yazırlar.

 

- Öz adı?

 

- He. Çünki ölkeden onları çıxartmaq çetindir. Getmelidir İncesenet Muzeyine müeyyen qeder mebleğ ödeyib icaze almalıdır, müellif etibarname yazmalıdır. Sonra hava limanında müeyyen proseduradan keçmelidir. Ona göre de çox vaxt adsız satmalı olursan. İmza istemir. Meselçün, Settar Behlulzadenin milyon dene “kopya” işi var. Burdan adsız gedir, Türkiyede, orda-burda Settar Behlulzadenin imzasını yazırlar. Ölkeden onu 15 manata çıxarıb, xaricde orijinal adıyla baha satırlar.

 

Danışa-danışa arxa otağa - emalatxanaya keçirik. Ellada xanım burada resmlerinin tamamlama işlerini görür.

Malberti dikeldib yarım qalmış işini davam etdirir. Qucağında ördek balası olan balaca oğlan resmidir. Deyir, yol kenarında görüb bu uşağı. Bir künce sıxılıb dayanıbmış.

 

- Üzünde qorxu var idi. Ördeyini bağrına basıb dayanmışdı. Başını qaldırıb heç kime baxmırdı ki, kimse varlığını ferq etmesin. Ya ördeyinin satılmağından, ya da kesilmeyinden qorxurdu.

 

 

- Resmlerinizdeki üzler xeyalidir, yoxsa?

 

 

- Qucağında uşaq olan qadın balaca bacımdır. Qarpız yeyen uşaq ise böyük oğlum. Natura tapmaq problemi var. Adam isteyir gözel natura tapsın. O da her deqiqe olmur. Bir de xarakter meselesi var. Her adamı çekmek olmur. Çox gözel naturaçımız var, heddinden artıq gözeldir, fakturası çox gözeldir. Amma aurası pisdir. Qadınla eyni otaqda iki saatdan artıq qalmaq olmur. Adamı sıxır.

 

 

 

Palitraya bir-bir renglerden sıxır. Fırçanı alır eline ve başlayır işlemeye. Sarını göye qatır, göyü narıncıya. İşleye-işleye söhbetimize davam edirik.

 

 

- Menim auram necedir?

 

 

- Hele danışırıq. Gedir hele ki. (gülür).

 

 

 - Hazır işlerin içinde bir neçe nü (çılpaq) resm var. Çılpaq naturaçı tapmaq çetin olmur ki?

 

 

- Universitetde çoxdur elesi.

 

 

Resmlerin arxasından yaşlı qadın nüsünü ireli çıxarır.

 

 

- Bu qadının elliye yaxın yaşı var. Bedeninin teraveti itmeyib. Kişi ressamların da yeterince fiquru var. Amma qadınlar qadın ressama daha çox etibar edirler.

 

 

- Bes kişi fiqur?

 

 

- Kişi naturası çekmek qadın naturasından daha asandı. Beden Terbiyesi ve İdman Akademiyasında naturaçı oğlanlar var. Normal da sergileyirler özlerini.

 

 

- Yoldaşınız qısqanmır ki?

 

 

- Axır vaxtlar, ümumiyyetle, kişi çekmirem. Çeksem de problem olmaz. Dünyevi adamdır. Özü de yaradıcı işle meşğuldur. Reklam yazarıdır. Münasibetleri “primitiv”leşdirmek olmaz. Yaradıcı adamam. Ola bilsin ki, seherden axşama qeder heç kim bilmesin men hardayam. Standart aileli qadın günde on defe yoldaşına “sms” gönderir ki, “evden çıxdım”, “avtobusa mindim”, “filan yere çatdım”. “Çatdım”lar qurtarmır. Menim heyatımda “çatdım” yoxdur. On altı yaşımdan heç kime hesab vermirem.

 

 

-İndiye qeder neçe eser çekmisiniz?

 

- Teqribi deye bilerem. Atılmış, paylanmışları hesaba qatmasaq, 60-70 iş. Ele iş var, ikinci-üçüncü seansdan sonra getmir. Lezzeti gelmir. Üstüne ayrı iş işleyirsen.

 

 

Eslinde işleyerken dindirilmesinden heç xoşu gelmir. Diqqeti yayınır. Ele indi de tez-tez elini saxlayır, sözü deyir ve işine davam edir. Söhbet esnasında Gence şeherinde doğulduğumu bilir.

 

 

- Gencenin çox güclü ressamlıq mektebi var. Oturuşmuş ehali senetkarlıq barede çox mehsuldar olur. Şekinin özünde de. Tek ressamlıqda deyil. Meselen, Qubanın xalçaçılıq mektebi güclüdür. Amma Qazaxdan ressam çıxdığını eşitmemişem. Şair, yazıçı çoxdur. Onlar daha çox elat adamıdır. Köçeri. Etüd, peysaj çekirsense, evvel-axır emalatxanada oturub işlemelisen.

 

 

- İşleyerken musiqi dinleyirsiniz?

 

 

- Mütleq. Caz dinleyirem. Ehval yaradır, yorulmağa qoymur. “Mahnı oxudum yaxşı yemek bişirdim”, söhbeti evdar qadınların uydurmasıdır. Bele şey yoxdur.

 

 

 

Ressamımız fırçanı elinde sağa-sola oynatdıqca, hevese gelirem.

 

 

 

- Uşaqlıqdan ressamlığa böyük hevesim vardı. Atam qoymadı. Emim ressam olub. Emimin heyatındakı uğursuzluğu ressamlıqla elaqelendirirdi. Ele bilirdi, men de ressam olsam, heyatım uğursuz olacaq. Amma çox isteyerdim ressam olam.

 

- Belke özünü sınayasan?

 

 

- Olar?

 

- Elbette.

 

 

Ve palitranı elime alıb heyatımda ilk defe malbertin qarşısına keçirem. Sağ elimde fırça dayanıb ne çekeceyimi düşünürem.


Oxunub 1258 defe