Xəbərlər ::

HADİSƏ :: Hamlet İsaxanlının qızını döydüyü deyilen qardaşlar azadlıqda qaldı

08-10-2015 17:22

Bakı Apellaysiya Mehkemesinde Xezer Universitetinin tesisçisi Hamlet İsaxanlının qızı Ülker İsayevanın döyülmesinde teqsirlendirilen Elin ve Zaur Memmedov qardaşlarının baresinde olan hökmden baş prokurorluğun verdiyi apellyasiya protestine ve qardaşların verdiyi apellyasiya şikayetine baxılıb.

 

Payiz.Az-ın melumatına göre, mehkeme apellyasiya şikayetini temin etmeyib. Onların baresinde olan hökm deyişdirilmeden saxlanılıb.

 

Qeyd edek ki, Xezer Universiteti rektorunun qızı Ülker İsayeva martın 9-da Zaur ve Elin Memmedov qardaşları terefinden döyülüb. Hadise ile elaqedar Cinayet Mecellesinin 221-ci (xuliqanlıq) maddesi ile cinayet işi başlanıb. Neticede Zaur Memmedovun baresinde hebs qeti-imkan tedbiri, Elin Memmedovun baresinde başqa yere getmemek barede qeti-imkan tedbiri seçilib.

 

Sebail rayon Mehkemesinin hökmü ile Zaur Memmedov 11 ay 9 gün,  Elin Memmedov 7 ay 24 gün müddetine islah işleri cezasına mehkum edilibler. Mehkeme onların her birinin aylıq qazancının 20 faizinin tutulması barede de qerar qebul edib.

 

Hemin hökmden narazı qalan Baş Prokurorluq onların cezalarının ağırlaşdırılması ile bağlı apelyasiya protesti verib. Zaur ve Elin Memmedov ise onların barelerinde beraet hökmünün çıxarılması üçün apellyasiya şikayeti veribler.


Oxunub 398 defe