Xəbərlər ::

HADİSƏ :: “Qanuni oğru” Zaur Naxçıvanski saxlanıldı

08-10-2015 17:58

 

 Rusiya paytaxtında azerbaycanlı “qanuni oğru” saxlanılıb.

 

APA-nın Moskva müxbirinin verdiyi xebere göre, bu barede "Praym Kraym" saytı melumat yayıb.


Melumatda bildirilir ki, oktyabrın 7-de Rusiya Daxili İşler Nazirliyi Baş Cinayet Axtarış İdaresinin emekdaşları terefinden Çertanovsk rayonunda yerleşen “Alayskiy bazar”dakı "Çayxana" restoranında 29 yaşlı “qanuni oğru”, kriminal alemde Zaur Naxçıvanski kimini tanınan Zaur Şipilov saxlanılıb. Saxlanılan zaman onun üzerinden yüksek dozada narkotik vasite olan heroin götürülüb. 
 

Saytın yazdığına göre, Zaur Şipilov 2006-cı ilde Moskvada “qanuni oğru” Hikmet Muxtarovla birlikde güllelenerek öldürülen meşhur azerbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğludur. Z. Şipilova 2013-cü ilde Türkiyede Rövşen Lenkeranskinin (Canıyev) teşebbüsü ile “qanuni oğru” titulu verilib. 

 


Oxunub 327 defe