Xəbərlər ::

HADİSƏ :: Murad Dadaşovun adından tehqir etdiler, özünü  ve ailesini hedelediler –MÜRACİET

08-10-2015 20:53

“ Son vaxtlar menim mobil nömrem ve sosial şebekelerde olan şexsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp ve.s) dostlarım, yaxınlarım, hetta tanımadığım şexslere heç bir etik normaya sığmayan mesajlar gönderilir. Hetta özlerini başqa adamların adıyla teqdim ederek, menimle uydurma yazışmalara da el atırlar”.

 

APA-nın xeberine göre, bu barede ictimaiyyete müracietinde emekdar artist Murad Dadaşov bildirib.

 

M. Dadaşov qeyd edib ki, son iller müasir dünyanın aparıcı sahelerinden olan rabite ve kommunikasiya heyatımızın ayrılmaz terkib hissesine çevrilib: “ İnsanlar arasında operativ ünsiyyet, elaqe, informasiyanın asan elde olunması, melumatlı olmaq kimi faktorlar müsbet haldır. Lakin bu üstünlüyün menfi terefleri de var. Çox teessüf ki, müasir dünyamız bele hallarla mübarize aparmaqda bezen çetinlik çekir.

 

Ölke ictimaiyyetinin nezerine çatdırmaq isteyirem ki, bele bir xoşagelmez hadise ile son zamanlar men ve ölkenin diger tanınmış şexsleri de qarşılaşır ve heç de tesadüfi deyil. Bele ki, bunlar respublikamızda ictimai sabitliyi pozmaq, insanlar arasında neqativ münasibet yaratmaq ve hetta ölkemizdeki mühüm siyasi hadiseler erefesinde ( parlament seçkileri ve.s) gergin mühite sebeb olmaq, bir sözle texribat meqsedi daşıyır”.

 

O qeyd edib ki, ölkenin tanınmış şexsleri daima ictimaiyyetin diqqet merkezinde olduqları üçün bezen xoşagelmez hadiselerle qarşılaşmağa öyreşibler: “Çox teessüf ki, son zamanlar  bu analoji hal ile men de üzleşirem. Mobil nömrem ve sosial şebekelerde olan şexsi hesablarımdan (Facebook, İnstagram, WhatsApp ve.s) dostlarım, yaxınlarım, hetta tanımadığım şexslere menim adımdan heç bir etik normaya sığmayan mesajlar gönderilir. Hetta özlerini başqa adamların adıyla teqdim ederek, menimle uydurma yazışmalara da el atırlar. Her kesin nezerine çatdırmaq isteyirem ki, menim de hesablarım hakerlerin tecavüzüne meruz qalıb. Elbette ki, bele bir menfi halla qarşılaşmağı heç kim istemez ve bundan sığortalanan yoxdur”. 

 

M. Dadaşov bu hadiseni xuliqanlıq kimi qiymetlendirib: “Amma son zamanlar adımızdan gönderilen, hemçinin adımız, aile üzvlerimiz, yaxınlarımızın ünvanına seslenen hede-qorxu, tehdid ve tehqir dolu mesajların artması meni bununla bağlı ciddi meşğul olmağa vadar etdi. Bu mesele ile bağlı müvafiq hüquq-mühafize, tehlükesizlik orqanları ve kiber cinayetkarlığa qarşı mübarize aparan beynelxalq qurumlara resmi müraciet etmişem. Hemin emeli töreden şexsler baresinde istintaq araşdırmaları artıq başlayıb”. 

 

M. Dadaşov bu meseleni işıqlandıran KİV nümayendelerini de diqqetli olmağa, şişirdilmiş, sensasiya xarakterli ve uydurulmuş melumatlardan istifade etmemeye çağırıb: “Mesele ciddi nezaret altında olduğu üçün hemin media qurumları haqqında sert tedbirler görülecek. Unutmayaq ki, yalanı yaratmaq ve yaymaq özü bir cinayetdir. Xahiş edirem, diqqetli olun!”

 

O, hemçinin bu mesele ile bağlı narahatlıq yaşayan şexslere gösterdikleri anlayış ve alicenab reftara göre teşekkür edib.

 

 


Oxunub 342 defe