Xəbərlər ::

DÜNYA :: ŞOK İDDİA: şeytan daşlama faciesine göre 28 neferin başı kesilecek

09-10-2015 10:44

 

Seudiyye Erebistanında Hecc ziyareti zamanı baş veren facieye göre mesuliyyet daşıyan şexslerle bağlı müzakireler ve iddialar davam edir. Payiz.Az "Cihan" xeber agentliyine istinaden bildirir ki, kral Salman facieye sebeb olduğu deyilen 28 neferin edamına qerar verib. Lakin iddia edilir ki, hemin 28 neferin melum hadiselerin baş vermesinde günahı olmayıb.

 

Bele ki, Livanın “El Diyar” qezeti xeber verir ki, 769 neferin ölümüne sebeb olan izdiham kral Salmanın oğlu şahzade Mehemmedin hemin gün öz korteji ile yaxınlıqdan keçmesi ve bu sebebden yolların bağlanmasına göre baş verib. Lakin Seudiyye hakimiyyeti bu faktı gizletmekde maraqlıdır ve tez-telesik 28 neferi edam etmekle aranın sakitleşmesine çalışır.

 

O da bildirilir ki, hebs edilen 28 neferin başı tez bir zamanda kesilecek.

 

Qeyd edek ki, Seudiyye Erebistanı melum hadiseler zamanı 769 neferin öldüyünü bildirse de, İran bu reqemin 4700 olduğunu beyan edib.

 


Oxunub 241 defe