Xəbərlər ::

SİYASƏT :: "Rusiya ile Azerbaycan arasındakı bütün problemler hell olunandır" - SEFİR

09-10-2015 19:15

"Rusiya-Azerbaycan hökumetlerarası komissiyasının iclasını yüksek qiymetlendirirem".

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, bunu Azerbaycanın Rusiyadakı sefiri Polad Bülbüloğlu deyib. 

 

Sefir bildirib ki, Dmitri Roqozinin komissiyanın hemsedri vezifesine getirilmesi ile hökumetlerarası komissiya daha aktiv fealiyyet göstermeye başlayıb: "Bu gün demek olar ki, yubiley iclas baş tutdu. İclasda bir çox problemler hell edildi".

“Rusiya ve Azerbaycan dost ölkelerdir. Ona göre de iki ölke arasında olan bütün problemler hell olunandır. Lakin yaranan meselelerin helli üçün müeyyen mexanizmler olmalıdır, çünki heyat süretle irelileyir ve qarşımıza yeni tapşırıqlar qoyur. Bu üzden de hökumetlerarası komissiya kimi mexanizmler ölkelerimiz arasında münasibetlerin möhkemlenmesinde çox faydalıdır. Bu gün keçirilen iclasda İş Şurasının yaradılması teklif olunub. Bu şura Azerbaycan-Rusiya dostluğuna öz töhfesini verecek. Biz geleceye nikbin baxırıq", - deye sefir qeyd edib.
 

Regional emekdaşlığın yüksek seviyyede olduğunu söyleyen P. Bülbüloğlu bir müddet önce Dağıstanda olduğunu ve Derbendin 2000 illik yubileyi ile elaqedar keçirilen  tedbirlerde iştirak etdiyini bildirib: "Dağıstan qardaş regiondur. Orada çoxlu sayda azerbaycanlı yaşayır. Bir neçe gün önce Heyder Eliyev Fondunun yardımı ile Derbendde yeni mekteb istifadeye verildi. Qonşularımızla münasibetlerimizin yaxşı olması esasdır".

 


Oxunub 265 defe