Xəbərlər ::

İDMAN :: Antonio Konte: “Qelebe qazanmağa çalışacağıq”

09-10-2015 21:15

“Son bir heftede yaxşı meşqler keçdik”.

 

Apasport.az saytının melumatına göre, bu sözleri İtaliya yığmasının baş meşqçisi Antonio Konte deyib.

 

“Skuadra Adzurra” Avro-2016-nın seçme merhelesi çerçivesinde sabah Azerbaycan yığmasının qonağı olacaq.

 

Konte qarşılaşma öncesi teşkil edilen metbuat konfransında sözlerine bu cür davam edib:

 

“Xoşagelmez hadise Pirlonun meşq zamanı zede almasıdı. O, sabah oynamayacaq. Ancaq esas sabahkı oyundu”.

 

- Meşqle bağlı şübheniz var?

- Xeyr, heç bir şübhem yoxdu. Her şey normaldı. Sabah meydana çıxıb qelebe qazanmağa çalışacağıq.

 

- Bir il evvel demişdiz ki, bu yolda tekem. İndi necedi veziyyet?

- Sizin de dediyiniz kimi, bir il keçib. Artıq fikirler deyişib. İndi enerjimizi toplayıb qarşıdakı oyunlara yöneltmeliyik. Qarşıda Avropa çempionatı var. Bütün diqqetimizi ona cemlemişik.

 

- Sabah aqressiv İtaliya göreceyik?

- Bizim üçün çetin oyun olacaq. Xorvatiya ve Norveçle heç-heçe ve Malta üzerinde qelebeden bele qenaete gelmek olar ki, Azerbaycan yığması güclüdü. Yeni baş meşqçi ile daha da güclenib. Amma bizim hedefimiz qelebe qazanmaqdı. Ümid edirik ki, sabah final merhelesi meselesini yekunlaşdıracağıq.


Oxunub 272 defe