Xəbərlər ::

İDMAN :: Robert Prosineçki: “Futbolçular artıq özlerine inanırlar”

09-10-2015 21:25

“Komanda 5 gündü bir yerdedi. Hazırlıq ela gedir, meşq prosesinden razı qalmışam”. Apasport.az saytı xeber verir ki, bu sözleri Azerbaycan yığmasının baş meşqçisi Robert Prosineçki deyib.

 

Avro-2016-nın seçme merhelesi çerçivesinde yığmamız sabah İtaliya millisini qebul edecek.

 

Matçdan önce metbuat konfransı keçiren Prosineçki “Skuadra Adzurra” ile görüşde sona qeder mübarize aparacaqlarını bildirib: “Bizi sabah çetin reqib gözleyir. Dörd qat dünya çempionu ile oynayacağıq. Qrupumuzun lideridi. Komandada hiss edirem ki, inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlerine inanırlar. Eminem ki, sabah da yaxşı oyun gösterecekler”.

 

- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa neticeye?

- Menim üçün hem yaxşı oyun, hem de yaxşı netice lazımdı. Xorvatiya yığması da Bakıya gelende inanırdı ki, Avropa çempionatına vesiqeni qazanacaq. Amma siz de gördüz ki, başqa netice oldu. Futbolçularıma dedim ki, menim üçün yaxşı netice lazımdı. Elimizden geleni edeceyik ki, İtaliya sabah rahat oynamasın ve netice bizim üçün yaxşı olsun.

 

- Evvelki oyunlarda olduğu kimi, start heyetini açıqlayacaqsızmı?

- Beli, men her oyun qabağı heyeti açıqlayıram. Bu gün bunu ede bilmeyecem. Çünki dünenki meşqde 2 oyunçu yüngül zede alıb. Bugünkü meşqi gözlemeliyem. Ümid edirem ki, veziyyetleri yaxşıdır. Amma bu gün heyeti açıqlaya bilmeyecem. Hansı oyunçuların zede aldığını açıqlamaq istemirem. Çünki İtaliyadan gelen hemkarlarımız da burdadılar. Meşqden sonra bilecem ki, onlar sabahkı matçda oynaya bilecekler, ya yox. Her şey yaxşı olsa, sabahkı heyetde Kamran Ağayev, Reşad Sadıqov, Bedavi Hüseynov, Maksim Medvedev, Arif Daşdemirov, Qara Qarayev, Rahid Emirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov ve Efran İsmayılov start heyetinde yer alacaqlar.

 

- Berti Foqtsla sizin komandanız arasında ne kimi ferq var? Elde etdiyiniz neticeler sizi qane edirmi?

- Men keçmişi etraflı yada salmaq ve müqayise etmek istemirem. Deye bilerem ki, qısa zamanda Azerbaycan yığması özüne inanmağa başladı ve gözel oyun gösterdi. Biz 4 oyundu uduzmuruq. Seferde Norveçle, Bakıda Xorvatiya yığması ile heç-heçe oynadıq. Her meşqçinin öz felsefesi var. 9 aydı Azerbaycandayam. Oyunçular meni başa düşürler ve teleb etdiyi futbolu oynayırlar. Mende olan melumata göre, bu güne kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını gösterecek. Men hemişe demişem ki, Azerbaycanda güclü futbolçular var. Bunun neticesini de görürük.


Oxunub 201 defe