Xəbərlər ::

İQTİSADİYYAT :: Azerbaycan-İran iqtisadi elaqeleri müzakire edilib

10-10-2015 12:54

Oktyabrın 9-da Azerbaycanın Astara şeherinde iqtisadiyyat ve senaye naziri, Azerbaycan Respublikası ile İran İslam Respublikası arasında iqtisadi, ticaret ve humanitar saheler üzre Dövlet Komissiyasının hemsedri Şahin Mustafayev İran İslam Respublikasının rabite ve informasiya texnologiyaları naziri Mahmud Vaezi ile görüşüb. Payiz.Az İqtisadiyyat ve Senaye Nazirliyinin metbuat xidmetine istinaden xeber verir ki, görüşde Azerbaycan terefinden Xarici İşler ve Neqliyyat nazirliklerinin, Dövlet Gömrük Komitesinin, Dövlet Serhed Xidmetinin, "Azerbaycan Demir Yolları" QSC-nin, İran terefinden ise aidiyyeti qurumların yüksek seviyyeli nümayendeleri iştirak edibler.

 

İqtisadiyyat ve Senaye naziri Şahin Mustafayev Azerbaycan ve İran arasında siyasi ve iqtisadi elaqelerin inkişaf etdiyini, öten il dövlet başçılarının qarşılıqlı resmi seferlerinin emekdaşlığın genişlenmesinde mühüm ehemiyyetini vurğulayıb. Qeyd edilib ki, Azerbaycan prezidenti İlham Eliyevin 2014-cü ilin aprelinde İran İslam Respublikasına resmi seferinden sonra ölkelerimiz arasında elaqeler yeni inkişaf merhelesine qedem qoyub, bu seferden sonra 45 qarşılıqlı sefer heyata keçirilib, 22 sened imzalanıb, Azerbaycan Respublikası ile İran İslam Respublikası arasında iqtisadi, ticaret ve humanitar saheler üzre Dövlet Komissiyasının iclası teşkil edilib. Vurğulanıb ki, ölkelerimiz arasında siyasi elaqelerin yüksek seviyyesi ve geniş müqavile hüquqi baza, elece de Dövlet Komissiyasının fealiyyeti iqtisadi münasibetlerin inkişafına böyük imkanlar yaradır. Azerbaycan ve İran arasında müxtelif saheler üzre işçi qrupları da fealiyyet gösterir, birge biznes forum, işgüzar görüş ve sergiler teşkil olunur. İran Azerbaycanın esas ticaret terefdaşlarındandır. Bununla bele, iki ölke arasında iqtisadiyyatın müxtelif sahelerinde emekdaşlığın genişlendirilmesi üçün böyük imkanlar var.

Görüşde nazir Şahin Mustafayev Ermenistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişesi ile bağlı ölkemizin edaletli mövqeyini bir daha diqqete çatdırıb.

Qarşılıqlı seferlerin ve keçirilen görüşlerin ölkelerimiz arasında elaqelerin ve emekdaşlıq perspektivlerinin müzakiresi baxımından ehemiyyetini vurğulayan Şahin Mustafayev bu defeki görüşlerde esas meqsedin Şimal-Cenub beynelxalq neqliyyat dehlizi ile bağlı müzakirelerin aparılması olduğunu qeyd edib. Hazırda Azerbaycan ve İran arasında demir yolu xetlerinin birleşmesi olmadığından yükler serhed-keçid menteqelerinden avtomobil neqliyyatı ile daşınır. Bildirilib ki, Azerbaycan Şimal-Cenub beynelxalq neqliyyat dehlizine dair sazişe qoşulub. Şimal-Cenub beynelxalq neqliyyat dehlizi böyük siyasi ve iqtisadi ehemiyyete malik olmaqla, yük ve sernişin daşımalarının hecminin defelerle artmasına imkan yaradacaq, Azerbaycan ve İran arasında iqtisadi emekdaşlığın genişlendirilmesine öz töhfesini verecek. Şimal-Cenub beynelxalq neqliyyat dehlizi hemçinin, Azerbaycan ve İranın tranzit potensialının daha da genişlendirilmesi baxımından xüsusi ehemiyyet kesb edir.

İran İslam Respublikasının rabite ve informasiya texnologiyaları naziri, Dövlet Komissiyasının hemsedri Mahmud Vaezi ölkelerimiz arasında elaqelerin yeni inkişaf merhelesine qedem qoyduğunu, ölke rehberlerinin qarşılıqlı seferlerinin, keçirilmiş yüksek seviyyeli görüşlerin Azerbaycan-İran elaqelerinin inkişafına tekan verdiyini diqqete çatdırıb. İqtisadi elaqelerinin genişlendirilmesi üçün böyük potensialın olduğunu vurğulayan Mahmud Vaezi Şimal-Cenub beynelxalq neqliyyat dehlizinin xüsusi önemini qeyd edib, bu dehliz vasitesile daşımaların ehemiyyetli derecede artacağını bildirib.

Görüşde Şimal-Cenub neqliyyat dehlizi ile bağlı demir yolu xetlerinin elaqelendirilmesi, Azerbaycan-İran serhedinde müvafiq infrastrukturun yaradılması istiqametinde tedbirlerin müzakire edilmesi meqsedi ile işçi qrupların yaradılması barede razılığa gelinib. Bu tedbirler Azerbaycan ve İran erazilerinde serhedyanı demir yolu xetlerinin çekilmesini, serhed körpüsünün birge tikintisini, habele yükaşırma terminalının tikintisini nezerde tutur. Görüşde hemçinin, gömrük ve serhed keçid prosedurlarının sadeleşdirilmesi meqsedi ile müzakirelerin aparılması, elece de Bilesuvar ve Astara serhed-keçid menteqelerinin 24 saat fasilesiz işlemesi barede razılıq elde olunub.

Nümayende heyetleri Azerbaycan ve İran terefinde Şimal-Cenub beynelxalq neqliyyat dehlizinin bir hissesine baxış keçirdiler.


Oxunub 705 defe