Xəbərlər ::

SOSİAL :: MTRŞ: "CBC Sport" hemin kanalları mehkemeye vermelidir

10-10-2015 14:28

Milli Televiziya ve Radio Şurası (MTRŞ) bezi televiziya kanallarının "Topaz" Premyer Liqasının oyunlarının görüntülerini "CBC Sport" telekanalına müraciet etmeden yayımlamasına münasibet bildirib.

 

MTRŞ-nın hüquq şöbesinin müdiri Nemet Cavadov APA-ya bildirib ki, "CBC Sport" telekanalı oyunların görüntülerini ona müraciet etmeden yayımlayan telekanalları mehkemeye vermelidir: "Topaz" Premyer Liqasının oyunlarının yayım hüququnu AFFA "CBC Sport" telekanalına satıb. "CBC Sport" da oyunların görüntülerini özbaşına yayımlayan telekanalları mehkemeye vermelidir. Bu mesele mehkeme qaydasında hell olunmalıdır".

 

N. Cavadov qeyd edib ki, bu meseleye Şura müdaxile ede bilmez, çünki söhbet müelliflik hüququndan gedir.

 

Qeyd edek ki, "Topaz" Premyer Liqasının oyunlarının yayım hüququ AFFA terefinden "CBC Sport" telekanalına satılıb. "CBC Sport" 700 min manat ödeyerek "Topaz" Premyer Liqasının eksklüziv yayım hüququna yiyelenib. AFFA, PFL ve klublar saytlara, televiziya kanallarına oyunların görüntüsünü teqdim ede bilmez. Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çekiliş etmek hüququ yoxdur. Diger televiziya kanalının nümayendeleri çekiliş üçün yalnız metbuat konfransına buraxılırlar. Saytlar, televiziya kanalları "Topaz" Premyer Liqasının oyunlarından aparılan video-çekilişleri, elece de yerleşdirilen video-icmalların elde olunması üçün “CBC Sport” telekanalına müraciet etmelidirler.

 


Oxunub 266 defe