Xəbərlər ::

SİYASƏT :: Deputatlığa namizedlerin sayı 1243 nefere çatdı

10-10-2015 18:14

Azerbaycanda indiye qeder 1243 neferin deputatlığa namizedliyi qeyde alınıb.

 

APA-nın melumatına göre, bunu bu gün Merkezi Seçki Komissiyasının (MSK) iclasında qurumun sedri Mezahir Penahov bildirib.

 

Deputatlığa namizedliyi qeyde alınanlardan 277 neferinin namizedliyi 15 partiyalar terefinden, 19 neferin namizedliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 neferin namizedliyi teşebbüs qrupu terefinden, 945 neferin namizedliyi öz teşebbüsü ile ireli sürüb.

 

M. Penahov indiye qeder dairelerde müşahideçi kimi qeydiyyatdan keçen şexslerin sayının 15 min neferi ötdüyünü, 166 müşahideçinin ise MSK-da qeydiyyatdan keçdiyini bildirib.

 

MSK sedri qeyd edib ki, bu güne qeder MSK-ya deputatlığa namizedliyin qeyde alınması ile bağlı teqdim olunan 40 müracietden 14-nün temin olunduğunu da nezere çatdırıb.


Oxunub 267 defe