Xəbərlər ::

HADİSƏ :: Nesimi Nebizade ile "Ana xeber" bloku – 10 Oktyabr

10-10-2015 20:02

Günün şerhi

 

Neftin qiymetinin aşağı salınması Qerbin Rusiyaya qarşı tetbiq etdiyi en tesiredici metod idi. Meqsedin Rusiyanı çökdürmek, onun iqtisadiyyatını keskin zeifletmek ve asılı veziyyete salmaq olduğu sirr deyil. Bu planın Rusiyaya tesir etmediyini deye bilmerik, ölkenin iqtisadiyyatında doğrudan da xeyli böhran yaşandı. Rublun süretle deyerden düşmesi buna misaldır.

 

Amma az müddet önce neftin qiymetinde yeniden stabillik yarandığı hiss olunmağa başladı. Ve bu, Moskvanın yeniden el-qol açmasına revac verdi. Rusiyanın gözlenilmeden Suriyaya girmesi Qerble yanaşı, onun regiondakı müttefiqlerinin - hem de dünyanın en çox neft hasilatçıları olan sünni ereb dövletlerinin marağına qetiyyen uyğun deyil. Çünki meselenin iqtisadi tereflerinden başqa, siyasi terefleri de var.

 

Moskva ile Tehran birliyinin herbi sahede daha da möhkemlenmesi ve Suriyada eyni maraqlardan çıxış etmeleri başda Seudiyye Erebistanı olmaqla diger sünni ereb dövletlerini narahatlıq doğurmaya bilmez. ABŞ-ın 40 ilden sonra neft ixracına qoyduğu qadağanı leğv edeceyinin siqnallarını vermesi ise "qara qızıl"ın yene ucuzlaşacağını proqnozlaşdırmağa imkan verir. Bunda da esas meqsed Rusiyaya növbeti defe zerbe vurmaqdır.

 

Vaşinqtonun bu qerarının daha effektiv olması ve İran tehlükesinin sıfıra endirilmesi namine iqtisadi maraqlarına uyğun gelmese bele bölgedeki müttefiqlerinin de bu addıma destek vereceyi şübhe doğurmur. Bir sözle, ABŞ Rusiyaya elinde daha bir tesiredici silahın varlığını başa salmaq isteyir...


Oxunub 321 defe