Xəbərlər ::

SİYASƏT :: Avtomobilleri barede melumat vermediyine göre namizedliyi qeyde alınmadı

11-10-2015 19:16

Bu gün Merkezi Seçki Komissiyasının (MSK) iclasında 84 saylı Füzuli Seçki Dairesinden Müsavat Partiyasıterefinden namizedliyi ireli sürülmüş Müsavat Partiyasının Divan üzvü, vekil Osman Kazımovun namizedliyinin müvafiq daire seçki komissiyası terefinden qeyde alınmaması barede şikayetine baxılıb.

 

APA-nın melumatına göre, MSK üzvü Qabil Orucov deyib ki, DSK O. Kazımov mülkiyyetinde olan 4 avtomobil barede melumat teqdim etmediyi üçün onun namizedliyini qeyde almayıb.

 

MSK İşçi Qrupunun apardığı araşdırma zamanı bu fakt tesdiqini tapıb. İclasda iştirak eden O. Kazımov 4 yox, 3 avtomobilleri olduğunu, avtomobillerin heyat yoldaşının adına olduğunu, DSK sedrinin ailenin birge mülkiyyeti olan avtomobillerle bağlı teqdim etdiyi melumatı qebul etmediyini, bunun gereksiz olduğunu söylediyini bildirib.

 

MSK sedri  Mezahir Penahov ise deyib ki, bir hüquqşünas kimi O. Kazımov bu avtomobillerle bağlı melumat teqdim etmesi barede melumatlı olmalı idi. O, hemçinin vekilin hemin erefede MSK-ya müraciet ede bileceyini de xatırladıb. 

 

Mesele sesvermeye çıxarılıb, MSK DSK-nın qerarını qüvvede saxlayıb, O. Kazımovun namizedliyi qeyde alınmayıb.


Oxunub 329 defe