Xəbərlər ::

MƏDƏNİYYƏT :: Alim Qasımovun qızının konsertinde qorxulu anlar

11-10-2015 22:36

İki gün önce muğam ifaçısı Ferqane Qasımovanın konsertinde xoşagelmez hadise yaşanıb. Müğenninin ifası zamanı qefilden salona siqnalizasiya sesi yayılıb.

 

“Qafqazinfo” xeber verir ki, musavat.com-un emekdaşı konsertde yaşananları ele tesvir edib:

 

“Birinci defe ifa dayanmadı, siqnalizasiyanın sesi musiqiye yenildi. İkinci defe avadanlıq daha uzunmüddetli “ötdü”.

 

Yanğın tehlükesine duyarlı ses sisteminin üçüncü “zengulesinde” artıq musiqi susmuşdu. İşıqlar yandı, hamı ne olduğunu bilmek üçün qapılara teref boylandı, görevlilerin qaçaqaçı başladı. Texminen 2-3 deqiqe sonra susmaq bilmeyen siqnalizasiya sesine avtomatik işe düşen kondinsionerlerin sesi de qoşuldu. Zalda temperatur keskin düşdü, ventilyasiya sistemi konsert ab-havasını da çekib salondan çıxardı. Sehnede qripden yenice ayılmış ve çox çetin muğamı ilk defe teqdim edecek çaresiz senetçi, salonda “Yanırıq???” sualı ile ne baş verdiyini anlamağa çalışan yüzlerle seyrçi vardı”.

 

Hadiseden 10 deqiqe keçmemiş Alim Qasımov güle-güle sehneye çıxıb ve olanları izah edib:

 

“Narahat olmayın, qonaqlarımızdan kimse konsertden çıxmağı üçün qonşu restorana kabab sifariş verib, onun tüstüsü de gelib dolub bu binaya, siqnalizasiyalar avtomatik işe düşüb...”

 

Ferqane Qasımovanın konsertine qarışıqlığı salan bulvardakı “Sedef” restoranının manqalından qalxıb 2 addımlıqdakı Muğam Merkezine dolan tüstü imiş.

 


Oxunub 354 defe