Xəbərlər ::

SOSİAL :: Avropa jurnalist teşkilatlarının ümumi toplantısı keçirilib

12-10-2015 10:29

Serbiyanın paytaxtı Belqrad şeherinde 10-11 oktyabr tarixlerinde Avropa qitesine daxil olan ölkelerde fealiyyet gösteren  jurnalist teşkilatlarının ümumi toplantısı  keçirilib.

JuHi-nin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, keçirilen toplantıya Avropanın 40 ölkesinden 45 jurnalist teşkilatı qatılıb.  Avropa Jurnalistler Federasiyasının teşkilatçılığı ile keçirilen toplantıda Azerbaycandan Jurnalistlerin Hemkarlar İttifaqı (JuHİ) iştirak edib.  

 JuHİ sedri Müşfiq Elesgerli bildirib ki, Avropanın nüfuzlu media teşkilatları temsilçilerinin  qatıldığı  tedbirde esas müzakire mövzusu  “Medianın inkişafında jurnalist teşkilatlarının rolu” ve “Şerqi Avropada jurnalist teşkilatlarının durumu” olub. Bununla yanaşı, aktuallığı nezere alınaraq, “Balkan ölkelerinde medianın özelleşdirilmesi prosesi: problemler ve perespektivler”  mövzusu xüsusi hal kimi müzakireye çıxarılıb: “Balkan ölkelerinde yeni media qanunvericiliyine uyğun olaraq, medianın yeniden özelleşdirilmesi proqramı heyata keçirilir. Burada hem dövlet nezaretinde olan KİV-ler özelleşdirilir, hem de, özel media teşkilatlarının statuslarının yeni qanunvericiliye uyğunlaşdırılması telebi var. Prosesin gedişinde media professionallarını narahat eden meqamlar yaranıb. Beleki, Proqram yüzlerle jurnalistin iş yerini itirmesi ile müşaiyet olunur ki, bu zaman iş yerini itiren jurnalistlerin hüquqlarının qorunması mexanizminin hazırlanmamağı ciddi problemler yaradır. Elave olaraq, özelleşdirilen KİV-lerin ekseriyyeti maliyye qaynaqları şeffaf olmayan qrupların eline keçir ki, bu da bölgede müsteqil media qurumlarının sayının keskin azalması demekdir. Avropanın jurnalist teşkilatları bu tendensiyanın genişleneceyinden, qısa müddetde bütün Avropa üçün xarakterik hala çevrileceyinden narahatdırlar”. 

Avropalı ekspertler qeyd edibler ki, onsuz da, son iller qitede media sahibkarlığı meselesinde qeyri şeffaflığın artması, nüfuzlu media qurumlarının qeyri-resmi güclerin tesir dairesine düşmesi ve onların maraqlarının temsilçisine çevrilmesi halları genişlenir. JuHİ sedri bildirib ki, konfrans iştirakçıları  neqativ tendensiyaların qarşısının alınması üçün, jurnalist teşkilatlarının inkişaf etdirilmesinin, media qurumları arasında hemreyliyin artırılmasının, elaqelerin güclendirilmesinin zeruri olduğu fikrini bölüşübler.

 

 


Oxunub 337 defe