Xəbərlər ::

HADİSƏ :: Aynar Memmedovun işçisi: “…hebs edib apardılar”

12-10-2015 12:22

 

 

Dünen gece Ziya Memmedovun qardaşı oğlu, millet vekili Elton Memmedovun oğlu Aynar Memmedova mexsus  "Nar Cafe"sinde xüsusi teyinatlılar terefinden emeliyyat keçirilmesi ve oradakı bütün heyetin hebsi ile bağlı melumat tesdiqini tapıb.

 

Payiz.Az-ın "qafqazinfo"ya istinaden xeberine göre, melum olub ki, kafenin qapısı açıq olsa da, fealiyyet göstermir. Kafede olan bir neçe xidmetçi gece bele bir emeliyyatın keçirildiyini tesdiqleyib. Onlar bildirib ki, Aynar Memmedov başda olmaqla kafede olan bütün şexsler hebs olunaraq aparılıb. Hetta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümleden telefonlar da emeliyyatçılar terefinden götürülüb. Xidmetçiler hemçinin qeyd edibler ki, kafe açıq olsa da, müşteri qebul etmir.

 

Xatırladaq ki, kafedeki emeliyyatın qanunsuz kazinonun fealiyyet göstermesi ile bağlı heyata keçirildiyi bildirilir. Emeliyyatın MTN, yoxsa "Bandotdel" terefinden yerine yetirildiyi ise hele ki, açıqlanmayıb.

 

DİN metbuat xidmetinden baku.ws-ye bildirilib ki, nazirliye bu mesele ile bağlı melumat daxil olmayıb. DİN resmisi Orxan Mansurzade Payiz.Az-a açıqlamasında deyib ki, gün  erzinde qeyd olunan hadise barede açıqlama yayılacaq. 


Oxunub 241 defe