Xəbərlər ::

HADİSƏ :: Bakıda quldurluq edenlere hökm oxundu - MEHKEME ZALINDAN

12-10-2015 13:17

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde quldurluqda teqsirli bilinen Şeki şeher sakini Gülşen Ezizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şeher sakinleri, Natiq Abdullayev ve İsmayıl İsmayılovun cinayet işi üzre mehkeme prosesi başa çatıb.
 
Payiz.Az-ın melumatına göre, hakim Azad Mecidovun sedrliyi ile keçirilen prosesde hökm oxunub. Hakimler kollegiyasının hökmüne esasen  Gülşen Ezizova 11 il,  Zeynal Mikayılov 12 il,  Natiq Abdullayev 13 il 6 ay, Ismayılov Ismayıl 10 il, 6 ay müddetine azadlıqdan mehrum edilib. Onlar cezalarını ciddi rejimli cezaçekme müeesisesinde çekecekler.
 
Qeyd edek ki,  quldurluq hadisesi bu il  Yasamal rayonunda baş verib. 28-ci polis bölmesi emekdaşlarının keçirdikleri emeliyyat-axtarış tedbirleri neticesinde mayın 31-de Vüqar Eliyeve mexsus “İnfiniti” markalı avtomobili, 370 manatı ve mobil telefonu quldurluq yolu ile almış Bakı şeher sakinleri, evveller mehkum olunmuş Natiq Abdullayev ve İsmayıl İsmayılov tutulub. Bundan başqa hemin cinayet emelinde iştirak etmiş Şeki şeher sakini Gülşen Ezizova, Göyçay rayon sakini Zeynal Mikayılov da müeyyen edilibler.


Oxunub 408 defe