Xəbərlər ::

DÜNYA :: 3 gün “Xilafet”le üz-üze - REPORTAJ- VII YAZI

12-10-2015 15:39

“Şükran Türkiye, şükran Türkiye”. Belece, bir neçe defe tekrarlayıb ellerini göye qaldırır. Gözlerini mechul bir nöqteye dikib dua edir. Sonra tekrar başlayır danışmağa. Amma her cümlesinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası ve atası qalıb. He, bir de eri qetle yetirilmiş bacısı, iki uşağıyla.

 

(Evvelini bu linklerden oxuya bilersiz) 

 

http://news.lent.az/news/213734

http://news.lent.az/news/214004

http://news.lent.az/news/214355

http://news.lent.az/news/214665

http://news.lent.az/news/215558

http://news.lent.az/news/216374

 

 

...İŞİD-in öz valyutasını dövriyyeye buraxmağı özünü çox göstermedi. 2014-cü ilde Mosulu ele keçirenden sonra “xilafet” artıq öz valyutasını, dinarını yaratdı. Ve 1 “islam dinarı” ne az, ne çox, 136 dollar ekvivalentinde dövriyyedeydi.

Paytaxt Rakkadan da ferman gelmişdi: “xilafetin” nezaret etdiyi erazilerde artıq bütün hesablaşmalar tedricen dinara keçmeliydi…

 

Yarandığı günden İŞİD öz iqtisadi strukturlarını bele formalaşdırmağa başlamışdı. “Xilafetin” nece deyerler, maliyye naziri vezifesini yerine yetiren “Ebu Saleh” leqebli Muvaffak Mustafa el-Karmuş 2015-ci ilinin yanvarında “xelife” Bağdadiye artıq ilk büdce layihesini bele teqdim edir. “Ebu Saleh”in proqnozlarına göre, İŞİD-in 2015-ci il üçün büdcesi 2 milyard 300 milyon dollar teşkil etmeliydi. Eyni zamanda İŞİD-in vergi siyasetine de rehberlik eden “Ebu Saleh” terefinden  “xelife”ye hem de ölkesinin vergi konsepsiyası teqdim olunur.  O, “xelife”ni inandırır ki, sert inzibati mexanizmler tetbiq edilmezse, neinki vergi yığımında problemler yarana biler, eksine bu sert nezaret olmadan vetendaş itaetsizliyi bele baş alıb geder. “Xelife” bezi korrektelerle “Ebu Saleh”in vergi siyasetini destekleyir.  Ve Rakkadan İŞİD-in vergi direktivleri ile bağlı növbeti ferman yayılır. Meselen, hemin direktivlerde gösterilir ki,  “xilafet” erazisinde satılan bütün mehsullardan 5 faiz vergi tutulacaq. Bundan başqa,

- Ehalinin bank hesablarından çıxardığı pullar vergiye celb edilir;

- “Xilafet” erazisinde bütün işleyenler aylıq qazancının 7 faizini sosial vergi adı altında xezineye ödemelidirler. Ödenilen vesaitle bağlı çek müeyyen edilmiş vaxtda sahe üzre vergi müfettişine teqdim edilmelidir. Birinci defe gecikme qısamüddetli hebs ve ya 30 şallaqla cezalandırılır.  Mütemadi hal aldıqda, edam cezası tetbiq edilir;

- İŞİD-in erazisine giren her bir yük maşını 940 dollar rüsum ödemelidir;

- Maşını olan her bir şexs ayda 8 dollar yol vergisi vermelidir;

- Mobil telefon, internet işledenler vergiye celb olunur. (Onu da qeyd edek ki, mobil telefondan istifade  sonradan “xilafet” erazisinde ümumiyyetle qadağan edilib. Ehalide kimdese mobil telefon aşkarlanarsa,  edam cezası verilir.  Bu arada bir faktı da qeyd edek ki, Suriya İnsan Haqları Teşkilatının açıqladığı hesabata göre, İŞİD-in  nezaretinde olan Der-Ez-Zor şeherinde yaşayan bir neçe qız “vatsap”da yazışdığı üçün edam edilibler;

- “Xilafet” erazisinde yaşayan qeyri-müselmanlar cizye adlı vergiye celb olunur.

 

Biz İŞİD-in vergi direktivlerinden bezilerini sizlerin nezerine çatdırdıq.

Ve bir meqamı qeyd edek ki, tekce Mosuldan ay erzinde 24 milyon dollara yaxın vergi yığılır. Bu cür iqtisadi siyasetin getirdiyi pullar İŞİD-e helelik sanksiyalara davam getirmek ve döyüşmek üçün imkan verir.

 

Amma heç kime o da sirr deyil ki, İŞİD-in esas gelirleri neft ve qazdandır. İraq ve Suriyada neft ve qazla zengin erazilere nezaret eden İŞİD-in aktivlerinin 2  trilyon dollar hecminde olduğu deyilir.

 

“Xilafet”in nezaretinde  Suriyada ve İraqda günde 75 min barel neft hasil edilen neft yataqları ve qaz nasos stansiyaları var. “İraq Oil Report” şirketinin melumatına inansaq,  İŞİD İraq neftinden sutkada 2 milyon dollar gelir elde edir. İŞİD hem de Akkas ve El-Anbar qaz yataqlarını nezaretinde saxlayır. Son 2 ilde teşkilatın mavi yanacaq satışından illik geliri 300 milyon dollar olub. Özü de İŞİD neft ve qazı dünya bazarındakı qiymetlerden 2 defe ucuz satır. Hazırda  İŞİD-in nezaretinde Deyr az-Zor, Rakka ve Mosulda bir neçe neftayırma zavodu da var.

Bir maraqlı fakt: İŞİD İraqdakı tekce Hemreyn yatağının neftini satmaqla (qaçaq yolla) son üç ayda 50 milyon dollar qazanıb.

 

“El-Beled” xeber portalının yazdığına göre, Diyalı ve Selaheddin şeherleri arasında yerleşen Hemreyn neft yatağı 33 quyuya malikdir.

İŞİD xam nefti oğurlayıb çetin keçilen yollarla Mosul ve Hüveyceye gönderir. Ve xam neft Mosuldakı neftayırma zavodunda emal edilir.

 

Beynelxalq ekspertlerin hesablamalarına göre, İŞİD-in esas qazanc sahelerinden biri de kimya senayesidir. He, teeccüblenmeyin, “xilafet” fosfat hasilatı, elece de sement istehsalı ve satışından da qazanır. Hesablamalar gösterir ki,  tekce fosfat yataqlarının istismarı “xilafet”e ilde 50 milyon dollar gelir getirir. Bundan başqa, kükürd, silikat, fosfor, karbomid  istehsal eden zavodlardan İŞİD-in elde etdiyi gelirin hecmi de milyonlarla ölçülür.

 

 

İŞİD-in esas gelir menbelerinden biri de adam oğurluğudur. Her bir oğurlanmış adama göre qrup üzvleri 10 minden başlayaraq haqq isteyir. Oğurlanmış şexs ecnebi vetendaşdırsa, qiymet  on minlerle dollara çatır. Hesablamalara göre,  tekce adam oğurluğundan İŞİD-in aylıq qazancı 5-8 milyon civarındadır.

 

“Xilafet”in qazanc yerlerinden birinin qadın alveri olduğu da sirr deyil. BMT-nin cinsi zorakılıqdan müdafie üzre eksperti Zeyneb Banguranın bildirdiyine göre, tekce bu ilin aprel ve may aylarında İraq ve Suriyada 6 min qız oğurlanıb.  Xanım Banqura deyir ki, bu  qızları “su qiymetine” satırlar. En yaxşı halda ise onlara bir neçe yüz dollardan min dollaradek qiymet qoyurlar. O, öz hesabatında gösterir ki, Rakka şeherindeki seks kölelerinin bazarında yezidiler, xristianlar, şieler, türkler, azerbaycanlılar ve türkmenler var.

 

Bildirilir ki, terrorçular pul qazanmaq üçün qarşıdurma zamanı öldürülmüş adamların orqanlarını da satırlar. Bir qeder evvel İŞİD-in Avstraliya esilli terrorçusu Xalid  Şerruf tvitterde kesilmiş başlardan ibaret fotolar  yerleşdirerek, bele bir status yazmışdı: “Avstraliyada kiminse orqana ehtiyacı varsa, xahiş edirem, utanmayın, men bedenin istenilen orqanını vermekle, kömek etmeye hazıram».

 

BMT-nin Erzaq ve Kend Teserrüfatı Teşkilatının melumatına göre, İŞİD olduqca münbit torpaqlara sahibdir. Bu da ilde 1,1 milyon ton taxıl tedarük etmeye imkan verir. Texmini hesablamalara göre, buğda ve arpanın qara bazarda satışından İŞİD ilde 200 milyon dollar qazanır.

 

Bu hele harasıdır, İŞİD-in dağıdıb mehv etdiyi medeni irs nümunelerinin satışından elde etdiyi geliri 50 milyondan çoxdur. Son 3 ayda tekce Palmiradakı vandalizmden İŞİD-in qazancı 15 milyon dolları keçib.

 

(Yazı Dini Qurumlarla İş üzre Dövlet Komitesi ve Payiz.Az-ın birge  “İŞİD heqiqetleri: reallıqlar, mifler” layihesi çerçivesinde, Komitenin desteyi ile hazırlanıb)


Oxunub 422 defe