Xəbərlər ::

SİYASƏT :: ATET-in baş katibi: "Zaman yetişib..."

12-10-2015 17:03

“Son vaxtlar Ermenistan-Azerbaycan serhedinde gerginlik artıb”.

 

Bu sözleri APA-nın Moskva müxbirinin sualına cavabında açıqlamasında ATET-in baş katibi Lamberto Zanyer deyib.

 

Meseleye siyasi diqqetin artırılmasının vacibliyini öne çeken L. Zanyer ATET-in Minsk qrupu hemsedrlerinin Ermenistan ve Azerbaycan xarici işler nazirleri ile daha bir görüş planlaşdırdıqlarını düşündüyünü bildirib.

 

“Beynelxalq ictimaiyyet tereflere daha çox tesir göstermelidir ve diqqeti problemin siyasi hellinin vacibliyine yöneltmelidir”, - deye o vurğulayıb.

 

Münaqişe regionunun monitorinqi ile meşğul olan xüsusi qrupun fealiyyet gösterdiyini deyen L. Zanyer tetbiqi vacibi olan müeyyen tedbirleri hazırladıqlarını bildirib: “Tereflerin problemin helline töhfe vermesi üçün xüsusi mexanizmler yaratmaq lazımdır. Xüsusen ağır silahlardan istifade narahatlıq doğurur. Siyasi teşebbüsler üçün zaman yetişib”.

 

ATET-in baş katibi hemçinin Ermenistan ve Azerbaycan prezidentleri arasında görüşün keçirileceyine ümidvar olduğunu bildirib.

 


Oxunub 169 defe