Xəbərlər ::

İDMAN :: AVRO-2016: daha 3 qrupun oyunlarına yekun vuruldu - NETİCELER

13-10-2015 01:55

AVRO-2016-nın seçme merhelesinde daha 3 qrupun oyunlarına yekun vurulub.

 

Apasport.az saytının melumatına göre, baş tutan 9 qarşılaşmada final merhelesine daha iki vesiqenin sahibini müeyyenleşdirmekle yanaşı, qrup üçüncüsü olacaq 3 komandanın da adı belli olub.

 

E qrupunun qarşılaşmaları demek olar ki, formal xarakter daşıyıb. İngilterenin 1-ci, İsveçrenin 2-ci olduğu “altılıq”da Sloveniya da 3-cü pilleni tutub.

 

C qrupunda İspaniya 1-ci olduğundan Slovakiya ile Ukrayna diger iki yer üçün qiyabi mübarize aparıb. Lüksemburqa qalib gelen Slovakiya 2-ci olaraq birbaşa Fransaya, İspaniyaya yenilen Ukrayna ise 3-cü kimi pley-offa vesiqe qazanıb.

 

G qrupunda da qalib bellidi. Avstriyanın en yaxşı olduğu “altılıq”da Rusiya ve İsveç birbaşa vesiqe üçün mübarize aparıb. İsveçden 2 xal önde olan şimal qonşularımızı Monteneqro ile ev oyununda qalib gelerek Avropa Çempionatına birbaşa qatılmaq hüququ qazanıblar. İsveç ise daha bir qarşılaşma oynamalı olacaq.

 

 

AVRO-2016-nin seçme merhelesi

X tur

 

C qrupu

Belarus - Makedoniya - 0:0

Lüksemburq - Slovakiya - 2:4

Ukrayna - İspaniya - 0:1

 

 

E qrupu

Estoniya – İsveçre - 0:1

Litva – İngiltere - 0:3

San-Marino - Sloveniya - 0:2

 

 

G qrupu

Avstriya - Lixtenşteyn - 3:0

Rusiya – Monteneqro - 2:0

İsveç - Moldova - 2:0


Oxunub 401 defe