Xəbərlər ::

İQTİSADİYYAT :: Avtobusda arvadını öldüren şexsin cezası belli oldu

13-10-2015 11:04

 

 

Bu gün Bakı Ağır Cinayetler Mehkemesinde heyat yoldaşını qetle yetirmekde teqsirlendirilen 1962-ci il tevellüdlü Namiq Hezi oğlu Memmedovun cinayet işi üzre növbeti mehkeme prosesi başa çatıb.

 

Payiz.Az-ın melumatına göre, hakim Mayıl Bayramovun sedrliyi ile keçirilen prosesde hökm oxunub. Hakimler kollegiyasının qerarına esasen, Namiq Memmedov 18 il müddetine azadlıqdan mehrum edilib.

 

Xatırladaq ki, öten prosesde dövlet ittihamçısı mehkemeden teqsirlendirilen şexsin 18 il 6 ay müddetine azadlıqdan mehrum edilmesini teleb edib.

 

 

Qeyd edek ki, hadise bu il aprel ayının 8-de gece saatlarında baş verib. Xırdalan-Bakı xetti üzre hereket eden 135 saylı sernişin avtobusunda N.Memmedov aralarında yaranan münaqişe zemininde heyat yoldaşı F.Şefiyevanı bıçaqlayaraq qetle yetirib. F.Şefiyeva ağır bıçaq xesaretleri ile xestexanaya aparılarken yolda ölüb.

 

N.Memmedov Yasamal rayon Polis İdaresine gelerek töretdiyi cinayet emelini etiraf edib.

 

O, Cinayet Mecellesinin 120.2.4-cü (qesden adam öldürme, xüsusi amansızlıqla ve ya ümumi tehlükeli üsulla adam öldürme) maddesi ile ittiham olunub.


Oxunub 265 defe