Xəbərlər ::

HADİSƏ :: Polis Günel Mövludun qardaşlarını saxlayıb

14-10-2015 10:26

 

 

Oktyabrın 13-de yazar Günel Mövludun qardaşları- Raci ve Vekil İmanovlar polis terefinden saxlanılıb. Payiz.Az-ın “meydan tv”-ye istinaden xeberine göre, bu haqda yazarın atası Vezir İmanov melumat verib:

 

"Axşam saatlarında oğlum iş yoldaşlarıyla eyni maşında işden eve gelirmiş. İş yoldaşlarının mene dediyine göre, maşında 4 nefer olublar. İş yerlerinden bir az uzaqlaşandan sonra polis oğlumun olduğu maşını saxlayıb ve İmanov Vekilin kim olduğunu soruşub. Oğlum özünü teqdim edenden sonra onu Bilesuvar Rayon Polis Şöbesine aparıblar. Men melumatı alan kimi, şöbeye getdim. Amma oğlumla görüşe bilmedim. Dediler ki, yalnız sabah gelib, onu göre bilerem. Neye göre saxlanıldığını da demediler".

 

Vezir İmanovun söylediyine göre, diger oğlu Raci İmanov ise Sumqayıt şeherinde saxlanılıb: "Oğlum Raci İmanovun saxlanıldığını da ailesinden öyrendim. Onu Sumqayıtda saxlayıblar. Onun da neye göre saxlanıldığını bilmirik".

 

V. İmanov deyir ki,  oğlanlarının heç birinin saxlanılması ile bağlı ona polis bölmesinden xeberdarlıq edilmeyib.

 

Sumqayıt şeherinde yaşayan Raci İmanovun heyat yoldaşı Gülsu İmanova ise hadiseni bele şerh edib: "Evvel Sumqayıtdakı 3-cü Polis Bölmesinden zeng vurdular. Racinin şexsiyyet vesiqesini istediler. Atam vesiqeni apardı. Dediler ki, onu artıq Sumqayıt Şeher Polis Şöbesine aparıblar.  Atamgil ora gedibler. Amma oradan deyibler ki,  vesiqesini sabah getirsinler. Ne saxlanılmasının sebebini deyibler, ne görüşe icaze veribler. Deyibler ki, sabah gelib, görersiz". 

 

İş saatı olmadığından sözügeden Polis Şöbeleri ile elaqe saxlamaq mümkün olmayıb.

 

Günel Mövlud heyat yoldaşı ile birlikde xaricde yaşayır. O, “meydan.tv” saytında redaktor işleyir.


Oxunub 298 defe