Xəbərlər ::

SOSİAL :: DSMF-nın elektron xidmetlerinden istifade sayı 2,2 defe artıb

14-10-2015 10:38

 

Hazırda Azerbaycanın sığorta-pensiya sistemi ölke ehalisinin 45 faizden çox hissesini ehate edir ve Fondun melumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barede müvafiq melumatlar toplanıb. Dövlet Sosial Müdafie Fondunun (DSMF) İctimaiyyetle elaqeler sektoru terefinden Payiz.Az-a verilen melumata göre, Fond terefinden vetendaşlara ve teşkilatlara gösterilen xidmetlerin keyfiyyetinin yaxşılaşdırılması ve bu xidmetlerin teqdim edilme müddetinin azaldılması meqsedile informasiya-kommunikasiya texnologiyalarının geniş tetbiqi neticesinde bütün mövcud proseslerin, yeni hem mecburi dövlet sosial sığorta haqlarının toplanması ve ferdi uçotunun qurulması, hem pensiyaların mebleğinin hesablanması, hem de pensiyaların ödenişinin avtomatlaşdırılması daha da inkişaf etdirilib. 

Cari il erzinde Fond terefinden ehaliye gösterilen elektron xidmetlerin keyfiyyetinin artırılması ve ehate dairesinin genişlendirilmesi sahesinde ardıcıl tedbirler davam etdirilib. 2015-ci ilin 9 ayı erzinde Fondun 3 yeni elektron xidmeti aktivleşdirilerek “Elektron hökumet” portalına inteqrasiya edilib. Dövlet Sosial Müdafie Fondu terefinden ehaliye gösterilen xidmetlerin innovativ yenilikler ve müasir texnologiyalar esasında semereli teşkili ve tekmilleşdirilmesi işinin uğurla davam etdirilmesi neticesinde “Elektron hökumet” portalının statistikasına esasen Dövlet Sosial Müdafie Fondunun gösterdiyi elektron xidmetler en çox istifade olunan xidmetler sırasında ilk yerleri tutur.

2015-ci ilin yanvar-sentyabr aylarında Dövlet Sosial Müdafie Fondunun öz saytı, “Elektron hökümet portalı” ve “Elektron ödeniş portalı” vasitesile ehaliye teqdim etdiyi elektron xidmetlerden ümumilikde 2 milyona yaxın istifade sayı qeyde alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrüne nisbeten 2,2 defe çoxdur. Dünya Bankının “Doing Business 2015” hesabatına esasen, Azerbaycan mecburi dövlet sosial sığorta haqlarının ödenişi ve hesabat sisteminin avtomatlaşdırılması neticesinde 32 pille irelileyib. Bu, ayrı-ayrı fealiyyet istiqametleri üzre en yüksek göstericidir.

 

Fondda vetendaşlarla işin semereliliyinin daha da artırılması, fealiyyetinin avtomatlaşdırılması ve maariflendirme tedbirlerinin ehate dairesinin genişlendirilmesi neticesinde 2015-ci ilin 9 ayı erzinde Fondun Aparatına vetendaşlardan daxil olan müracietlerin sayı evvelki ilin müvafiq dövrü ile müqayisede 27 faiz azalıb.

DSMF müasir informasiya texnologiyalarından istifade etmekle interaktiv ve informativ elektron xidmetler vasitesile ehalini maraqlandıran, sığorta-pensiya sistemine aid bütün meselelere aydınlıq getirir. Bu sahedeki fealiyyetin güclendirilmesi meqsedile 2015-ci ilin 9 ayı erzinde çoxsaylı merkezi ve regional teqdimatlar teşkil olunub. Bununla yanaşı “Ferdi uçot esaslı sosial sığorta sisteminde iştirakınız etibarlı pensiya  teminatınızdır” mövzusunda KİV arasında müsabiqe keçirilib. Hemçinin elektron xidmetler mövzusunda xüsusi reklam çarxı hazırlanaraq televiziya kanallarında yayımlanıb. Kiçik ödeniş eden, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyetçileri, ferdi sahibkarlıq fealiyyeti ile meşğul olan şexslerin hesabatlarının elektron formada qebulunu temin etmek meqsedile Fondun bütün yerli orqanlarında yardım masaları fealiyyet gösterir. Vetendaşların müracietlerine elektron qaydada baxılması üç istiqamet üzre - Fondun saytında yerleşdirilmiş sual-cavab bölmesi, vetendaşlar terefinden Fondun saytında birbaşa ünvanlanan mektub ve 190 nömreli “Çağrı Merkezi” vasitesi ile heyata keçirilir. Son tekmilleşdirilme tedbirleri neticesinde Fondun Çağrı Merkezinin fealiyyeti  “Dövlet orqanlarında çağrı merkezlerinin fealiyyetinin teşkili Qaydaları”nın teleblerine uyğunlaşdırılıb ve Çağrı Merkezi aprel ayından xüsusi avadanlıqla ve avtomatlaşdırılmış sistemle techiz olunmuş müasir esaslı yeni xidmet zalında fealiyyet gösterir. Çoxkanallı avadanlıqlarla techiz olunmuş Çağrı Merkezi ile ölke erazisinde bütün sabit ve mobil telekommunikasiya şebekelerinden birbaşa elaqe saxlamaq mümkündür. Dövlet Sosial Müdafie Fondunun Çağrı Merkezi universal telefon melumat xidmetine inteqrasiya olunub ve hazırda bu melumat xidmeti üzerinden zeng vuran sahibkarlara mecburi dövlet sosial sığortası ve elektron xidmet bölmeleri üzre telefon melumat xidmeti gösterilmesi heyata keçirilir.


Oxunub 552 defe