Xəbərlər ::

HADİSƏ :: Generalın keçmiş heyat yoldaşı ve uşaqlarını Azerbaycandan çıxaranların işi apellyasiyada

14-10-2015 15:24

Bakı Apellyasiya Mehkemesinde Gülnare Şekinskayanın ve övladlarının serhedi qanunsuz keçmelerine kömeklik göstermekde, saxta senedler düzeltmekde ve diger cinayetlerde teqsirlendirilen şexslerin apellyasiya şikayetleri esasında mehkeme prosesi başlayıb.

 

Payiz.Az-ın  melumatına göre, ilkin baxış iclasında teqsirlendirilen şexslerin anket melumatları deqiqleşdirilib. Mehkeme prosesi oktyabrın 15-de davam etdirilecek. İttiham aktına göre, teqsirlendirilen şexsler Saçlı Hesenova, Namiq Camalov, Raqub İsbendiyarov, Zeyneb Ceferova, Şefiqe Bağırova, Pervin Dadaşov, Revane Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adem İsgenderov, Penah Dadaşov ve Ennab İsgenderovadır. Hemin şexsler Gülnare Şekinskayanın, elece de onun övladları - Hemide, Meryem, Nadiya ve Cevahir Şekinskilerin dövlet serhedini qanunsuz keçmelerine yardım edibler ve bu meqsedle cinayet elaqesine giribler. Bu meqsedle G. Şekinskaya keçmiş heyat yoldaşı Emin Şekinskinin evindeki demir seyfden 60 min manatı oğurlayıb. Teqsirlendirilen şexsler Cinayet Mecellesinin 177.3.2 (oğurluq), 320.1 (resmi senedleri, dövlet teltiflerini, möhürleri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma ve ya saxta senedlerden istifade etme) ve 318.2-ci (Azerbaycan Respublikasının dövlet serhedini qanunsuz keçme) maddeleri ile ittiham olunublar. Cinayet işi üzre teqsirlendirilen şexsler - Gülnare Şekinskaya, onun qardaşı Ferid Yusub ve Azerbaycan Miqrasiya Merkezinin Elövset Eliyev istintaqdan gizlendiklerine göre barelerinde axtarış elan olunub. Onların cinayet işi ayrıca icraata verilib. Hazırda hemin cinayet işi üzre ibtidai istintaq aparılır. Bakı Ağır Cinayetler Mehkemesinin hökmü ile teqsirlendirilenlerden Namiq Camalov 8 il, Penah Dadaşov ve Raqub İsbendiyarov her biri 3 il müddetine azadlıqdan mehrum edilib. Onlar apellyasiya şikayetinde barelerinde beraet hökmünün çıxarılmasını isteyibler. Diger teqsirlendirilenlere - Saçlı Hesenova, Zeyneb Ceferova, Şefiqe Bağırova,Revane Dadaşova, Günel Hüseynova 1 il, Pervin Dadaşov, Tahir Hüseynov, Adem İsgenderov ve Ennab İsgenderov ise 1 il 3 ay müddetine şerti ceza verilib. Teqsirlendirilen şexslerden şerti olaraq azadlıqdan mehrum edilmiş şexsler apellyasiya şikayeti vermeyibler. Qeyd edek ki, Emin Şekinski Azerbaycan Daxili İşler Nazirliyinin Baş Cinayet Axtarış İdaresinin reisidir.

 


Oxunub 251 defe