Xəbərlər ::

SOSİAL :: Bakıdan geden elçi, 50 il sonrakı mektub, qefil sürgün - ARAŞDIRMA

14-10-2015 17:00

Zaman, 1969-cu ilin oktyabrı,

 

Mekan Moskva, Qorki küçesi.

 

…Sovet paytaxtının en böyük küçelerinin birinin menzilinin zengi çalınır. Qapıya  yaşlı qadın çıxır. Poçtalyon elindeki zerfi ona uzadıb birce bunu deyir: “Sifarişli mektubdur, Bakıdan, zehmet olmasa bura qol çekin”. Qol çekir. Qapını bağlayıb zerfi açır: “Çox hörmetli Razumovskaya S.V. yoldaş. Azerbaycan SSR Merkezi Komitesi, Azerbaycan SSR Ali Sovetinin Reyaset Heyeti, Azerbaycan SSR Nazirler Soveti, Sizi, Azerbaycan Dövlet Universitetinin yaradılmasının 50 illiyine hesr edilmiş hökumet qebuluna devet edir. Qebul 2 noyabr 1969-cu il saat 19-da “Drujba” restoranında keçirilecek”.

 

50 il? Doğrudanmı 50 il keçdi? Yoldaş S. V, daha deqiqi 68 yaşlı Sofiya Vasilyevna bir anlıq o günleri xatırladı. He, 1919-cu ilin noyabrını. Noyabrın 15-ni. Onda o gencecik  qız idi. Ailesi ile Tiflisden teze köçmüşdüler Bakıya. Ve vur-tut birce il yaşamışdılar. Sonra…Sonrası lap pis gelmişdi. Qefil bir emrle onları, atası ve anasını, qardaşlarını sınıq-salxaq bir gemiye oturdub Bakıdan çıxarmışdılar. Sonradan genc Sofiya atası Vasili İvanoviçin xatirelerini oxuyanda çox kövrelecekdi: “Men bir geminin palubalı sernişini olaraq, çetinlikle Bakıdan çıxdım; mövcud şeraite göre, Rusiyada qalmalı oldum, üreyimin bir hissesi ise orada, Bakıda qaldı”.

 

İndi onu, bu setirlerin müellifinin qızını Bakıya çağırırdlar. Sofiya Vasileyvnanı axtarıb tapmaq, onu universitetin yubileyinde iştirakını temin etmek tapşırığını ise şexsen Azerbaycan Kommunist Partiyasının 1-ci katibi Heyder Eliyev vermişdi. Sovetin qılıncı-nın qebzesinin de kesdiyi bir dövrde 1-ci katibin Cümhuriyyet dövrünün yadigarını yada salması, böyük irade telebe edirdi. Sonradan, Bakıdan qayıtdıqdan sonra Sofiya Vasileyvna oğlu Dmitriye  bele deyecekdi: “Orada, Bakıda bizi unutmayıblarmış, oğlum”

 

Zaman, 1919-cu ilin fevralı,

Mekan, Tiflis.

40 yaşlı Hemid bey Şaxtaxtinski Zaqafqaziya universitetinin qebul otağında rektoru gözleyirdi. Bakıdan Tiflise xüsusi tapşırıqla gelmiş Hemid beyi günün sonunda qebul edirler. O, çox danışmır, ona verilen tapşırığı rektora çatdırır: “Biz rehberi olduğunuz universitetin Bakıya köçürülmesini teklif edirik. Hökumetimiz tedris binalarını, maddi  teminat meselesini öz boynuna götürür. Amma bir meqamı nezere alın, bu universitet köçmese bele, Bakıda universitet yaradılacaq. Size fikirleşmek üçün mayın 1-e qeder vaxt verilir”.

 

 

Zaman 1919-cu il, mayın 15-i.

Mekan, Bakı.

 

 

Mektubu ele ona ele Maarif Nazirliyinin binasında teqdim edirler. Gürcüstandan bir qrup telebenin yazdığı mektubu:

 

“Biz Zaqafqaziya Universiteinin Tibb Fakültesinin 3-cü kurs telebeleri,  universitetimizde rehber olduğunuz zamanda bize sergilediyiniz emeye ve mehebbete göre, size derin minnetdarlığımızı bildiririk, eziz Vasili İvanoviç Razumovski”. 

 

Bu mektubdan çox kövrelmişdi,  hekim-cerrah-rektor, daha sonradan kurortoloq olacaq bu rus ziyalısı.  Telebeleri onu unutmamışdılar. Sonradan o, yazacaqdı: “Gürcüstan Xalq Maarifi Naziri Ramişvili bizi Tiflisde qalmağımız üçün razı salmaq istedi, ancaq, bununla bele, o, beyan etdi ki, biz ancaq müveqqeti – gürcüler öz xadimlerini tapana kimi – lazımıq. Bele açıq etiraf bir daha meni inandırdı ki, men Bakıda yeni universiteti teşkil etmekle düzgün hereket edirem, çünki orada hem universitet, hem de professor heyeti qismen möhkem veziyyete ümid ede bilerdi. Her şeyden çox, meni telebe gencliyin taleyi narahat edirdi; telebeler arasında hekimler üstünlük teşkil edirdi; bu ise Bakıda bir yox, bir neçe kurslu tibb fakültesini açmağı menim vezifeme elave edirdi. Bakıya getmeyimle elaqedar telebelerin teşkil etdiyi vida merasimi, banket ve çiçekler meni emin etdi ki, menim emellerim telebelerin maraqları ile üst-üste düşmüşdür”.

 

He, o, indi yene eyni bir missiya ile Bakıya gönderilmişdi. Ve bu şeherde Tiflisden ferqli ona her cür şerait yaradılmışdı.

 

***

 

Biz onun Bakıdakı missiyasına qayıdacayıq. Amma indilikde bir meqamı xüsusi vurğulayaq.  Rusiyanın ucqarında, Samara quberniyasının Buzuluk adlı xutorunda, kend keşişinin ailesinde anadan olan Vasili hele 16 yaşındayken gimnaziyanı qızıl medalla bitinde müellimleri emin idiler; bu uşaq çox böyük işler görecek, çox böyük adam olacaq! Evvel çar Rusiyasının, sonradan sovetler İttifaqının en meşhur hekimlerinden olacaq Vasili İvanoviç Razumovskiye  ne , ne çox, düz 3 universitetinin, Saratov, Tiflis ve Bakı Dövlet universitetlerinin esasını qoymaq, onun ilk rektoru olmaq da nesib olacaqdı.  ADR hökumeti süqut edenden sonra  yeniden Saratova qayıdan Razumovskini orada isti qarşılamayacaqdılar, esasını qoyduğu universitetde düz on il müellim işleyen Vasili İvanoviç köhne vaxtlarda, çar dövründe olduğu kimi Qafqaza sürgün edilecekdi. Ve 5 ilden sonra Yesuntukide vefat edecekdi...

 

***

 

Amma bunlar lap sonralar olacaqdı. Hele ki rehberi olduğu universitetin ilk rektorunun taleyi ile bağlı millet vekili, akademik Abel Meherremovla söhbetleşirik. Men ona Yesentukideki Tarix Diyarşünaslıq Muzeyinde Razumovskiyle bağlı çoxlu arxiv senedlerinin olduğunu barede danışıram. Rektor heç bir tereddüd etmeden bir jurnalist araşdırmasının aparılması barede teşebbüs qaldırır. “Bu, universitetimizin tarixidir, bu tarixe sahib çıxmalıyıq” deyir. Muzeye gedib, arxiv materiallarının araşdırılmasının vacibliyini bildirir.  Bu işe her cür destek vereceyik, teki ortaya maraqlı materiallar çıxsın. Çünki bu hem BDU-nun, hem de Azerbaycanın tarixidir”. Bir qeder ireli gedib deyim ki, sonradan Yesentukideki muzeyde, Razumovskiyle bağlı arxivde işleyende, arxivin mühafizeçisi Antonla birge neçe-neçe sened ve fotoları üze çıxaranda, sadece, bir meqama göre teeccübümü gizlede bilmirdim: Bu qeder işi görmeye, bu adam nece nail olub? Bele ziddiyyetli, ziddiyyetli olduğu qeder de hedden artıq maraqlı bir tale yaşamış bu nehenglikde ADAM her xatiresinde neden Bakını xatırlayırdı? Axı bundan evvel iki universitet yaratmışdı, Saratovdakı ise ümumiyyetle onun ilkiydi? Bes neden?

 

Ne idi axı onu bu şehere bağlayan? Axı vur-tut bir il yaşamışdı o Bakıda. Ve bir daha bu şehere qayıtmamışdı? Amma sonradan, heç bir tereddüd etmeden xatirelerinde Bakı ve universitet haqda ele belece de yazacaqdı: “ Ex oriente lux...”. “ Şerqden gelen işıq”. Lap sonradan, ömrünün sonuna yaxın yene yazacaqdı: “Vivat, floreat, crescat Universitas Bacuensis!...” . “Yaşa, çiçeklen, böyü Bakı universiteti”.

 

Bunlar hele sonralar, lap sonralar olacaqdı.  Hele ki 1919-cu ilin iyul ayıdır. ADR hökumetini başçısı Nesib bey Yusifbeylinin kabinetinde qızğın iclas gedir. Hökumet universitetin yaradılmasına 3 milyon 500 min pul ayırmaqda israrlıdır. Bu vaxt Maarif naziri Kaplanov ayağa qalxır. Ve…  Ve mebleğin daha 5 milyon artırılmasını teleb edir. 5 milyon? O dövrde, onsuz da saysız-hesabsız problemleri olan ölkede bu qeder pulu... ...Kabinet üzvlerinin baxışları eyni anda Razumovskiye zillenir…

Zaman, 2015-ci il, 25 sentyabr.

Mekan, Rusiya Federasiyası, Yesentuki şeheri. Arxiv binası.

Anton sanki qışqırır:

- Gör ne tapdım?

 

(Ardı olacaq)

 

(Yazıdakı fotolar Razumovskinin arxivinden götürülüb ve ilk defedi yayımlanır)


Oxunub 471 defe