Xəbərlər ::

HADİSƏ :: İTV-nin MTRŞ-ya qarşı şikayeti üzre mehkeme prosesi keçirilib

14-10-2015 17:49

Bu gün Bakı Apellyasiya Mehkemesinde İctimai Televiziya ve Radio Yayımları Şirketinin Milli Televiziya ve Radio Şurasına (MTRŞ) qarşı şikayeti üzre mehkeme prosesi başlayıb.

 

APA-nın melumatına göre, hakim Elşane Veliyevanın sedrliyi ile keçirilen ilkin baxış iclasında terefler dinlenilib. Mehkemenin baxış iclası noyabrın 11-ne teyin edilib.  

 

Qeyd edek ki, MTRŞ İTV-de yayımlanan “Qarabağname” çoxseriyalı bedii televiziya filmine ayrılan vesaitin geri qaytarılması barede iddia telebi ile 1 saylı Bakı İnzibati-İqtisad Mehkemesine müraciet edib. Mehkeme Şuranın iddiasını temin edib. Hemin qerarla razılaşmayan İTV ise Bakı Apellyasiya Mehkemesine apellyasiya şikayeti verib.

 

İTV "Qarabağname" çoxseriyalı bedii televiziya filmini yarımçıq dayandırdığına göre Şura mehkemeye müraciet edib.

 

2011-ci ilde Azerbaycan prezidenti İlham Eliyevin milli teleserialların ve televiziya filmlerinin çekilişi üçün telekanallara dövlet büdcesinden 5 milyon manat vesait ayrılması barede serencam imzalamışdı.

 

Hemin vaxt “Qarabağname” serialının çekilişine 100 min manat vesaitin serf olunacağı bildirilirdi.

 


Oxunub 281 defe