Xəbərlər ::

MAQAZİN :: Aygün ölkeden getdi, qızı da Natavana İLİŞDİ: "Sen heç kimsen"

15-10-2015 10:10

Azerbaycandan diger ölkeye çıxışına qadağa qoyulduğu deyilen xalq artisti Aygün Kazımova öten gün gece saatlarında Türkiyeye yollanıb. Payiz.Az-ın melumatına göre, Heyder Eliyev adına Beynelxalq Hava Limanından İstanbula yola düşen xalq artisti teyyarede şekil çekdirerek,  "İnstagram" sehifesine de paylaşıb: "Salamat qalın".                                                                                    

 

A.Kazımovanın qızı müğenni İlqare Kazımova da anasının Türkiyeye yola düşmeyi barede sosil şebekede yazaraq, N.Hebibiye söz atıb: "Bu gün anamı İstanbula yola saldım, amma yol öncesi çox güldük. Anla ezizim, sen heç kimsen".                                                   

 

Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın ölkeden çıxışına qadağa qoyulması barede xeberi bir neçe gün önce metbuata müğenni Natavan Hebibinin vekili Ferid Hesenov bildirmişdi. Vekilin yaydığı melumatda bildirilmişdi ki, oktyabrın 1-de Nesimi rayon İcra şöbesinin teqdimatına baxan Nesimi rayon mehkemesi A. Kazımovanın ölkeden çıxışına qadağa qoyulması barede qerar çıxarıb. Sebeb ise xalq artisti terefinden mehkeme qetnamesinin tam icra olunmamasıdır. Hemin qetnameye esasen, A. Kazımova N. Hebibiden üzr istemeli ve yaydığı melumatları tekzib etmeli idi. Lakin o, qetnameni tam formada icra etmekden boyun qaçırır.

 

Qeyd edek ki, N. Hebibi A. Kazımovanı onun şeref ve leyaqetinin tehqir olunması, işgüzar nüfuza xelel getirmesi iddiası ile mehkemeye vermişdi. Mehkemenin qerarına göre, xalq artisti Natavan Hebibinin ermeni milliyyetine mensubluğu barede yaydığı yalan melumatı ve işletdiyi tehqiramiz ifadeleri tekzib etmeli, ondan üzr istemelidir. A.Kazımova dediklerini tekzib ederek, bunları yazmışdı: "Öz sehifemde Natavan Hebibinin ermeni olduğunu qeyd etmişdim. Lakin uzun süren mehkeme araşdırmasından sonra melum oldu ki, fikrim yanlışdır. Mehkemenin qetnamesini qebul ederek Natavan Hebibi barede dediyimi tekzib edirem".


Oxunub 334 defe