Xəbərlər ::

SİYASƏT :: Baş konsul o qadından danışdı

15-10-2015 12:00

“Ankarada baş veren terror aktı ile bağlı şübheli şexsler siyahısında adı çekilen Ülker Memmedovanın Azerbaycan vetendaşı olmasına dair  heç bir resmi melumat yoxdur”. 

 

Bu barede APA-ya Azerbaycanın İstanbuldakı baş konsulu Hesen Zeynalov bildirib. Onun sözlerine göre, bununla bağlı Türkiyedeki hüquq-mühafize orqanlarına sorğu gönderilib:  “Onun azerbaycanlı olub-olmaması ile bağlı elaqedar teşkilatlarla elaqe saxlayırıq. Eslen azerbaycanlı olsa bele, başqa ölkenin vetendaşı da ola biler. Onlardan cavab gözleyirik”.

 

Xatırladaq ki, oktyabrın 10-da Ankarada töredilen partlayış neticesinde 97 nefer ölüb, yüzlerle şexs yaralanıb. Terror aktının töredilmesinde şübheli bilinen ve İŞİD üzvü olan 21 neferin adı açıqlanıb, fotoları yayınlanıb. Adı bu siyahıya düşen Ülker Memmedovanın azerbaycanlı olduğu günan edilir.

 

 


Oxunub 294 defe