Xəbərlər ::

MƏDƏNİYYƏT :: “Oyuq” studiyası xeyriyye konserti keçirecek

15-10-2015 15:25

Noyabrın 5-de Abdulla Şaiq adına Azerbaycan Dövlet Kukla Teatrı nezdinde fealiyyet gösteren “Oyuq” teatr-studiyası daha bir xeyriyye konsert-tamaşasına hazırlaşır. Teatrın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, bu defe balaca teatr heveskarları hemyaşıdlarını 9 noyabr – Azerbaycan Dövlet Bayrağı günü münasibetile öz etraflarına toplayacaqlar.

 

UNİMA Azerbaycan Milli Merkezinin desteyi ile keçirilecek bayram tedbirinde balaca istedadların ifasında “Yatmış gözel” adlı tamaşa teqdim olunacaq. Dünya edebiyyatından meşhur eser esasında yazıçı Seide Haqverdiyevanın sehneleşdirdiyi ve Cemile Allahverdiyevanın quruluş verdiyi 2 saatlıq tamaşa-konsertde Azerbaycan ve dünya nağıl qehremanlarının  vehdetde teqdimatı nezerde tutulur.

 

Proqramda studiyanın fealları Aylin Necefli, Selcan Museyibova, Tunar İsa, Nazim Hacıyev ve digerleri çıxış edecek. Xeyriyye konsert-tamaşasına Bakının internat mektebi ve uşaq evlerinden balacalar da devet olunacaq.


Oxunub 295 defe