Xəbərlər ::

SİYASƏT :: Müsavat başqanı Arif Hacılı MSK sedrine MEKTUB yazdı

15-10-2015 17:09

 

Müsavat Partiyasının başqanı Arif Hacılı Merkezi Seçki Komissiyasının sedri Mezahir Penahova resmi mektubla müraciet edib.

 

Partiyadan Payiz.Az-a daxil olan melumata göre, müracietde bildirilir ki, Müsavat Partiyası terefinden birmantdatlı seçki dairelerinden ireli sürülen 70-den çox namizedden 24-ü deputatlığa namized kimi qeyde alınıb.

 

Partiya başqanı müracietinde qeyd edib ki, namizedlerinin tebliğat ve teşviqat kampaniyasının teşkili, onların platformalarını seçicilere çatdırması üçün İctimai Televiziyada pulsuz efir vaxtının ayrılması zeruridir: “Müsavat Partiyası 2015-ci il noyabrın 1-ne teyin edilmiş Azerbaycan Respublikasının Milli Meclisine seçkilerde iştirakla bağlı qerar qebul edib. İctimai diskusiyaların teşkili, beraberhüquqlu tebliğat imkanları prinsipi baxımından da televiziyada pulsuz efir vaxtının ayrılmaması yolverilmezdir”.

 

Müracietde Mezahir Penahovdan bütün bunların nezere alınaraq, parlament seçkilerinde iştirak eden namizedlere ve siyasi partiyalara İctimai Televiziyada pulsuz efir vaxtı ayrılması üçün tesirli tedbirler görmesi xahiş olunub.


Oxunub 256 defe