Xəbərlər ::

HADİSƏ :: Ermeniler iriçaplı pulemyotlarla cebhe xettini ateşe tutub

30-07-2015 10:17

Son sutka erzinde ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 ve 82 mm. minaatanlardan, iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 84 defe pozub. Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, Ermenistan Respublikası İcevan rayonunun Berkaber kendinde yerleşen mövqelerden Qazax rayonunun Qızılhacılı kendinde, Berd rayonunun Çinari kendinde yerleşen mövqelerden Tovuz rayonunun Koxanebi kendinde, Krasnoselsk rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden Gedebey rayonu erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerimiz ateşe tutulub.
 

Bundan başqa Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Terter rayonunun Çilebürt, Yarımca, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Cevahirli, Yusifcanlı, Kengerli, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbeyli, Horadiz, Aşağı Seyidehmedli, Aşağı Ebdürrehmanlı, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Göygöl, Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonlarının erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub. Düşmen cavab ateşi ile susdurulub.


Oxunub 356 defe