Xəbərlər ::

SOSİAL :: Nazirlik dermanların qiymet ferqline aydınlıq getirib

16-10-2015 11:52

“Eyni terkibli derman vasitelerinin qiymetlerinin ferqlenmesi, müxtelif olması onların istehsalçılarının, istehsalçı ölkelerin müxtelif olması ile bağlıdır. Bu, hemin ölkelerin sosial-iqtisadi veziyyetinden asılı olan meseledir”. Bunu APA-ya Sehiyye Nazirliyinin Derman Vasitelerinin Analitik Ekspertizası Merkezinin Dermanların keyfiyyetine nezaret inspeksiyasının reisi Perviz Ezizbeyov deyib.

 

O bildirib ki, eyni terkibli derman vasiteleri ayrı-ayrı ölkelerde istehsal olunanda qiymetlerde ferqler emele gelir: “Bir de patent hüququ olan derman vasiteleri olur. Patent hüququ olan derman vasitesini sonradan eyni formada, eyni dozada, eyni tesiredici madde üzre diger ölkelerin istehsalçıları istehsal etmeye başlayır. Orijinal derman preparatı hazırlanan zaman, keşf olunan zaman müxtelif elmi araşdırmalar aparılır, müeyyen xercler çekilir. Ona göre de ilkin olaraq dermanı istehsal eden istehsalçı ona patent hüququ alır. Patent hüququn 20 il vaxtı olur. 20 il erzinde dermanı keşf eden zaman çekdiyi xercleri çıxarmaq üçün orijinal derman vasitesini ancaq hemin istehsalçı istehsal edir. Bu dünyada beledir. Patent hüququ bitdikden sonra başqa istehsalçılar da, başqa ölkeler de eyni terkibde, eyni dozada, eyni formada hemin dermanın istehsalına başlayırlar. Burada ise qiymet ferqli olur”.

 

P. Ezizbeyov qeyd edib ki, dermanın keşfi üçün elave xercler çekmediyine göre diger istehsalçı ölke ve şirketlerin qiymetlerinde bele ferqler emele gelir: “Qiymetler ferqli olsa da, dermanın tesir qüvvesi eynidir. Derman vasitesi dövlet qeydiyyatına alınarken müxtelif ekspertizalardan keçirilir. Onun keyfiyyet ve tehlükesizlik parametrleri tesdiqlenenden sonra dövlet qeydiyyatına alınır. Dövlet qeydiyyatına alınan derman vasitelerinin keyfiyyeti ile bağlı ise heç bir problem yaranmır”. 

 

 


Oxunub 386 defe