Xəbərlər ::

SOSİAL :: "Son 12 ilde emek pensiyaları 9,5 defe artıb" - DSMF

16-10-2015 13:48

Dövlet Sosial Müdafie Fondunda (DSMF) TAİEX proqramı çerçivesinde “Pensiya Teminatı Sisteminin Maliyye Dayanıqlığının Qiymetlendirilmesi” mövzusunda Fransanın Texniki Peşekarlıq üzre Beynelxalq Agentliyinin (AFETI) ekspertlerinin iştirakı ile teqdimat-seminar keçirilib.

 

DSMF-nin ictimaiyyetle elaqeler sektorundan “APA-Economics”e verilen melumata göre, fondun sedr müavini Zakir Babayev bildirib ki, 2003-2015-ci iller erzinde emek pensiyalarının orta aylıq mebleği 9,5 defe artıb.

 

Bu artımlar, elece de pensiyaçıların sosial müdafiesinin güclendirilmesi meqsedile ayrılan elave dövlet desteyi hesabına pensiya xerclerinin ölkenin ÜDM-e olan nisbeti ehemiyyetli şekilde yükselib, 2003-cü ilde 3,9% teşkil etdiyi halda, 2015-ci ilde 5,1%-e çatıb. Z. Babayev vurğulayıb ki, Azerbaycanda vaxtında qebul edilmiş qerarlar ve reallaşdırılmış qabaqlayıcı tedbirler sayesinde pensiya sisteminin maliyye dayanıqlığı temin edilib.

 

Bununla yanaşı, qlobal çağırışlar ve beynelxalq tendensiyalar pensiya sisteminin maliyye dayanıqlığının uzunmüddetli dövrde temin olunmasını zeruri edir. Bu meqsedle DSMF-nin qlobal iqtisadi mühitden yaranan riskleri ve daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayet qeder çevik strategiyaya malik olması esas hedefdir. Gösterilenlerle bağlı sistemin maliyye modelinin tekmilleşdirilmesi ve risklerin çevik idare olunmasının güclendirilmesine xidmet eden müxtelif ssenariler üzre tehlillerin aparılması, simulyasiyaların verilmesi kimi aletler tetbiq olunur. Serişteli beynelxalq ekspertler celb olunmaqla müxtelif layiheler vasitesile fondun bu sahedeki potensialının güclendirilmesi meqsedile çoxşaxeli fealiyyete start verildiyini diqqete çatdıran Z. Babayev növbeti bele layihe kimi TAİEX proqramı çerçivesinde Fransanın Texniki Peşekarlıq üzre Beynelxalq  Agentliyi (AFETI) ile birge görülen işler barede iştirakçıları melumatlandırıb.

 

Tedbirde çıxış eden Fransanın Texniki Peşekarlıq üzre Beynelxalq  Agentliyinin (AFETI) nümayendesi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlerinin fealiyyetinde meydana çıxan ciddi çetinliklerden behs ederek bu sahede mövcud problemlerin helline yönelen islahatların beynelxalq inkişaf istiqametleri barede etraflı melumat verib. Qlobal çağırışlar fonunda ölkemizde  bu sahede mühüm vezifelerin icrasını hedefleyen ve növbeti merhelede pensiya islahatının prioritet istiqametlerini müeyyen eden “2014-2020-ci illerde Azerbaycan Respublikasında pensiya teminatı sisteminin islahatı konsepsiyası”nı yüksek qiymetlendiren ekspert senedin Azerbaycanın pensiya sisteminin daim yenilenen müasir teleblere ve beynelxalq inkişaf trendlerine uyğunlaşdırılması ve preventiv islahat tedbirlerinin müeyyen edilmesi baxımından mühüm ehemiyyetini vurğulayıb.

 

Daha sonra agentliyin diger nümayendesi, beynelxalq ekspert, Fransa Emanet Pensiya Fondunun sabiq rehberi Fransua Durin qlobal iqtisadi prosesler fonunda sığorta-pensiya sistemlerinde maliyye dayanıqlığı  mövzusunda teqdimatla çıxış edib. Ekspert öz çıxışında Azerbaycanda sığorta-pensiya sisteminde yüksek dayanıqlıq potensialının yaradılması ve sistemin menfi fiskal tesirlerden semereli şekilde qorunması üçün reallaşdırılan tedbirlerin mühüm ehemiyyetinden behs edib.

 


Oxunub 301 defe