Xəbərlər ::

SİYASƏT :: Azerbaycan XİN-den ABŞ Dövlet Departamentine SERT CAVAB

30-07-2015 11:25

Xarici İşler Nazirliyinin metbuat xidmetinin rehberi Hikmet Hacıyev ABŞ Dövlet Departamentinin Azerbaycan ile elaqedar açıqlamasını şerh edib. Payiz.Az-ın melumatına göre, H.Hacıyev deyib ki, ABŞ Dövlet Departamenti regionda baş veren bir sıra narahatlıq doğuran halları, o cümleden dinc nümayişçilerin qeddarcasına döyülmesi ve hebsleri kimi kobud insan hüquqları pozuntularını görmezliye vurub: “Bunun evezinde ise konkret cinayet terkibi daşıyan her bir halı siyasileşdirmek, Azerbaycanın daxili işlerine qarışmaq meqsedi güden “derin narahatlığı” ikili standartların növbeti bariz nümunesidir”.

 

H.Hacıyev elave edib: “Demokratik dövlet olan Azerbaycanda qanunun aliliyi tam suretde temin edilib ve heç kim siyasi fealiyyetine ve baxışlarına göre teqib olunmur. Mehkemenin qerarı olmadan her hansı cinayet terkibli hala münasibetde bu cür qerezli mülahizeler onun işine yersiz ve uğursuz müdaxileden başqa bir şey deyil. Qeribedir ki, Ermenistanın tecavüzü neticesinde fundamental hüquqlarından mehrum olmuş bir milyondan artıq azerbaycanlı qaçqın ve mecburi köçkünün hüquqlarının kütlevi pozulması ABŞ Dövlet Departamentinin “derin narahatlığı” sırasında heç vaxt yer almır. ABŞ-ın insan hüquqları üzre universal beyannameden ireli gelen ve beynelxalq teşkilatlar, o cümleden ATET çerçivesinde üzerine götürdüyü öhdeliklerine mehel qoymayaraq bütün ölkeni bürümüş polis zorakılığı ve sistematik irqi-ayrıseçkilik halları, Quantanamo hebsxanasındakı mühakimesiz uzunmüddetli hebs ve işgenceler, ölke daxilinde ve hetta en yaxın müttefiqlerine qarşı qlobal seviyyede aparılan gizli dinleme emeliyyatları, diger ölkelerin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ile heyata keçirilen mühakimesiz qetller ve diger bu qebilden olan çoxsaylı problemlerin fonunda özünü insan hüquqlarının “qlobal himayedarı” kimi qeleme vermesi yalnız ve yalnız istehza doğurur”.

 


Oxunub 487 defe