Xəbərlər ::

SOSİAL :: Unudulmuş dahi, 70 il sonra tapılan çanta, 5 milyon manatlıq teklif - ARAŞDIRMA

16-10-2015 17:38

II yazı

 

Evveli bu linkde

http://news.lent.az/news/217907

 

Zaman - 2015-ci il, 25 sentyabr.

Mekan - Rusiya Federasiyası, Yesentuki şeheri. Arxiv binası.

Anton sanki qışqırır:

 

- Gör ne tapdım?!

 

… Antonun elinde bir neçe metal alet vardı. Ucluqları azca korşansa da, yaxşı qalmışdı bu cerrah levazimatları.

 

- Nece olub ki, bu vaxtacan burdadı?! Çantanın içinden çıxdı. Hele bu kepkaya bax…

 

Onun bele rahatlıqla çanta, kepka dedikleri 70 ilden çoxdur ki, ordan-ora, burdan-bura daşınmış, amma hele de qorunub saxlanılmışdı. Vasili İvanoviç 1935-ci ilde Yesentukide dünyasını deyişenden sonra onun yaşadığı ev de müsadire edilmişdi. Ev şeher teserrüfatının hansısa idaresinin balansına verilmişdi. Ta 93-cü ile qeder. 1993-de ise… Yox, ev muzeyi-filandan söhbet gede bilmezdi. Ev, tarixi bina olmasına baxmayaraq, bir iş adamına satılmışdı.

 

Hem Anton, hem de muzeyin direktoru Alla Vladislavovna ise bir meqamı ürek ağrısı ile etiraf etdiler: “Ne yaxşı ki, geldiz, sanki unudulmuşdu bu nehenglikde adam. Ne qebirüstü abidesi var, ne xatire lövhesi, ne de hansısa barelyefi”.

Yeri gelmişken, Bakıya qayıtdıqdan sonra BDU-nun rektoru Abel müellime bu barede deyende anındaca reaksiya verdi. Rektor teşebbüs qaldırdı ki, Razumovskinin barelyefinin ve xatire lövhesinin qoyulmasına böyük zeruret var. Hetta qerara alındı ki, bu mesele yaxın vaxtlarda, noyabrın 15-dek hellini tapsın. Çünki mehz noyabrın 15-de BDU-da ilk mühazire oxunub, nece deyerler, ilk ders günü başlayıb.

 

 

Zaman - 1919-cu ilin iyulu.

Mekan – Bakı.

 

Nesib bey Yusifbeylinin kabinetinde “universitet davası” gedir. Reşid bey Kaplanovun universitetin büdcesinin daha 5 milyon artırılması teklifi azca tereddüdlerle desteklenir.

 

Uzun müzakirelerden sonra, nehayet, universitetin yaradılması ile bağlı hökumet komissiyasının terkibi tesdiqlenir. Komissiyanın terkibine professor Razumovski (sedr), prof. A.M.Levin, prof. N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ile yanaşı Xalq Maarif Nazirliyinde V.İrzayev, M.A.Şahtaxtinski, şeher ozünüidaresinden şeher idaresinin üzvü Elicabbar Oruceliyev, “Neft senayeçileri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil edildi. Bundan başqa, Bakı müalicexanalarının üç baş hekimi – kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, eczaçılıq magistri İ.K.Qolberq de universitet komissiyasının fealiyyetine celb olunurlar.  

 

Razumovski öz xatirelerinde yazırdı:

 

Komissiyaya bele mühüm mesuliyyetli iş üçün katib tapmaq vacib idi. Bu menada bizim komissiya çox xoşbext idi: Bakıda, Torpaqşünaslıq Nazirliyinde savadlı hüquqşünas (ne vaxtsa Kazan Universitetinde çalışmış) İ.A.Babuşkin işleyirdi. Bezi tereddüdlerden sonra o, evvelki iş yerinden çıxıb katib vezifesini öz üzerine götürdü. Komissiyaya parlamentin binasında (Nikolayevsk küçesinde) 2 otaq ayrılmışdı ve kiçik defterxana (2 kargüzarla birlikde) verilmişdi, birinci iclas Xalq Maarifi Nazirliyini müveqqeti idare eden İsa bey Hacinskinin sedrliyi ile baş tutdu: komissiya bu işleri heyata keçirmeli idi:

- nazirlikden parlamente teqdim olunmaq üçün universitetin layihe, smeta ve nizamnamesini tez ve telesik işleyib hazırlamaq;

- universitet üçün ayrılmış binaları payıza qeder uyğunlaşdırmaq ve avadanlıqla techiz etmek;

- artıq payızda universiteti açmaq üçün bütün bunları: mebelleri, aparatları, laboratoriya levazimatlarını, kitabları sifariş etmek”.

 

 

Amma siz komissiya deyib durmayın. Komissiyaya hedden artıq geniş hüquqlar verilmişdi. Tesevvür edin,  komissiya üzvleri günün istenilen vaxtı, bu ve ya diger problemle bağlı baş nazir Nesib beyden tutmuş hökumetin bütün yüksek vezife sahibine birbaşa müraciet etmek selahiyyetine sahib idiler.

1919-cu il avqustun 21-de parlament universitetin tesis edilmesi haqqında qanun layihesini tesdiq etdi. Sentyabrın 1-de ise “Bakı şeherinde dövlet universitetinin tesis edilmesi haqqında qanun” layihesi qebul olundu.

 

Universitetin açılması haqqında qanunda onun dörd fakülteden: tarix-filologiya, fizika-riyaziyyat, hüquq ve tibb fakültelerinden ibaret olduğu gösterilirdi. Universitetde 4 fakülte açılması qerarlaşdırılsa da, 1919-1920 tedris ilinde ancaq tibb ve tarix-filologiya fakültesini açmaq mümkün oldu. Xüsusi qeyd olunmuşdu ki, Azerbaycan (türk) dili bütün fakültelerde icbari fenn kimi tedris olunmalıdır. Bir maraqlı meqam da, universitete hem kişiler, hem de qadınlar beraber hüquqla qebul olunurdular.

 

Universitetin teşkilat komissiyası V.İ.Razumovskini universitetin rektoru seçdi. Görkemli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültesinin, prof.İ.İ.Şirokoqorovu tibb fakültesinin dekanı teyin edildi. Qerara alındı ki, 1919-cu il noyabrın 15-de universitetde birinci ders günü elan olunsun.

 

 

 

 

 

1919-cu il noyabr ayının evvellerinde universitete telebe qebulu başa çatdı. Noyabr ayının 10-da universitetin 1-ci iclası keçirildi ve burada 44 neferden ibaret professor-müellim heyetinin terkibi elan edildi. Onlardan 12-si professor, 5 dosent, 27-si ise assistent idi. İlk tedris ilinde tibb fakültesinin müellimleri arasında bir nefer de azerbaycanlı yox idi. Sonrakı illerde ise Avropa ve Rusiyanın müxtelif şeherlerinde tibbi tehsil alaraq Bakıya qayıtmış milli kadrlar işe qebul edildiler.

 

 

He, en başlıcası, universitetin ilk pedoqoji heyetinin ekseriyyetini Razumovski Rusiyanın bu ve ya diger universitetlerinden yığıb Bakıya getirmişdi. Aşağıda adları çekilecek bu müellimlerin hamısının maddi teminatına Azerbaycan hökumeti zamin durmuşdu. Bakının en gözel binalarnda ev, yüksek maaş. Birce şertle, teki universiteti qurun, teki bu millet üçün hekim, müellim yetişdirin, teki…teki…

 

***

 

İndi size universitetin Tibb fakültesinin yaradıcılarının siyahısını teqdim edirik. Düzdür, yerli milletden bir kimse yoxdur, amma çox keçmeyecek bu sıraya Mirqasımov, Talışınski, Efendizade ve başqaları da elave olunacadı…

 

 

 

Belelikle, fakültenin Anatomiya kafedrasının müdiri - V.İ. Razumovski

Müellim – D.B. Urusov

Assistent – Y.M. Zamuxovskiy

Preparator – A.A. Juravskaya

 

 

Zoologiya kafedrası:

 

Müellim  - A.N. Derjavin

Laborant – Q.Q. Çaxmaxçyan

 

Histologiya kafedrası:

 

Kafedra müdiri - M.S. Milman

Müellim – E.Benkendorf

 

Fizika kafedrası:

 

Müellim - L.Q. Poqrebnoy

Laborant – Z.E. Lobanova

 

Pataloji anatomiya kafedrasının müdiri - İ.İ. Şirokoqorov

Dosent – L.Q. Qurviç

Müellim  – V.F. Qerr

Assitentler – P.Z. Şveyüer, Q.Ş. Leytman

 

Ümumi cerrahiye kafedrasının müdiri - A.A. Oşman

Müellim  – B.İ. Blişenko

 

Operativ cerrahiye kafedrasının müdiri - V.İ. Razumovskiy

Müellimler  – O.A. Vartanov,  Q.T. Lindtrop

 

Diaqnostika kafedrasıının müdiri - A.M. Levin

Müellimler - A.İ. Çexovskaya-Prokofeva, V.A. Tarnoqradskiy

 

Ümumi patologiya kafedrasını yaratmaq üçün  N.Q. Uşinski devet edilse de, o gelib çıxmamışdı.

 

Tibb universitetinin telebe heyetinde ise türkler üstünlük teşkil edirdiler - 141 nefer.

Ermeni telebelerin sayı 100, ruslar 69, yehudiler 138, gürcüler 7, polyak ve almanların sayı ise 14 idi.

 

Göründüyü kimi Bakı Dövlet Universitetinin Tibb fakültesinde açılmış ilk kafedralardan bir neçesi cerrahi yönümlü olub. Cerrahlıq esasen, fakülte ve hospital cerrahlığı klinikalarda tedris olunurdu. Bu klinikalara görkemli alim-cerrahlar rehberlik edirdiler. Bunlardan biri B.K.Finkelşteyn olub. B.K.Finkelşteynin rehberlik etdiyi klinikada çoxlu elmi-tedqiqat işleri de aparılıb.

 

Tibbi fakültesinden ferqli tarix-filologiya fakültesinde ders deyenler arasında azerbaycanlılar vardı. Bu sıraya M.A.Şaxataxtinski, Mirze Rehim Mirzeyaev, Memmed Emin Resulzade, Reşid bey Kaplanov, M. Memmedxanovu aid etmek olar.

 

Bu hele başlanğıc idi. Hele qarşıda görülesi çox iş vardı.

Razumovskinin xatirelerinden:

Tedris ilinin ele birinci ilinde, yazqabağı Qafqazda meşhur elm xadimi olmuş, indi ise Bakı Universitetinin professoru L.Q.Lopatinskinin redaktorluğu ile, siyasi deyişikliklerin neticesinde işıq üzü görmesi bir qeder lengimiş ”Bakı Universitetinin Xeberleri”nin 1-ci buraxılışı tertib olunmağa başladı. Men hemçinin öz “O xirurqiçeskoy pomoşi na Kavkaze” adlı işimi 1-ci buraxılışda yerleşdirmeyi özüme vacib bildim.

Bakı Universitetinin professorları arasında Zaqafqaziya Universitetinin professorlarından başqa, Petroqraddan, Xarkovdan, Kazandan ve başqa yerlerden gelmiş bir sıra yeni şexsler göründüler ve her iki Bakı fakültesi ele birinci il sistemli tedrisi heyata keçirdi, hal-hazırda ise (1922) diger universitetlerdeki sözügeden fakültelerden heç de aşağı seviyyede deyil”.

 

(Ardı olacaq)

 


Oxunub 378 defe