Xəbərlər ::

SOSİAL :: Telükeli STATİSTİKA: şprislerden bulaşan QİÇS reqemleri qorxudur

16-10-2015 18:44

 

 

Azerbaycan vetendaşları arasında İİV-e yoluxanların statistikası ve yoluxma yolları açıqlanıb

 

Bu ilin 9 ayı erzinde Azerbaycan vetendaşları arasında 477 nefer  İİV-e yoluxma hallarının 24,9 faizi (119 hal) inyeksion narkotik istifadesi (İNİ) neticesinde baş verib.

 

APA-nın melumatına göre, bu, Narkomanlığa ve Narkotik Vasitelerin Qanunsuz Dövriyyesine Qarşı Mübarize üzre Dövlet Komissiyasının hesabatında eksini tapıb.

 

Qeyd olunub ki, ümumilikde 1992-ci ilden-01.09.2015-ci il tarixedek 5 min 397 yoluxma hallarının 51,9 faizi (2801 hal) inyeksion narkotik istifadesi neticesinde baş verib. Hemçinin 01.09.2015-ci il tarixine ümumilikde 2 min 784 nefer İİV/QİÇS-le xeste ARV-terapiyaya celb edilib ki, onlardan 408 neferi 2015-ci il erzinde olub. Melumata göre, yeni celb olunanlardan 131 neferi İNİ-dirler. ARV-terapiyaya ümumi celb olunan 2 min 784  neferden 1403 neferi İNİ-dir ve onlardan 545 nefer penitensiar sistemde ARV-terapiyaya qoşulublar. Eyni zamanda Respublika Narkoloji Merkezinin qeydiyyatında olan xestelerin qan nümuneleri QİÇS-le Mübarize Merkezinin ve onun regional İİV-diaqnostika laboratoriyalarına mütemadi gönderilir ve müayine olunur. 2015-ci ilin 9 ayı erzinde 123 şexsde İİV-e yoluxma venadaxili narkotik maddelerin qebulu neticesinde baş verib.


Oxunub 191 defe