Xəbərlər ::

İQTİSADİYYAT :: Braziliyada Azerbaycan musiqisine hesr edilmiş veriliş yayımlandı

17-10-2015 03:12

Oktyabrın 11-de Braziliyanın EBC radiosunda bu ilin aprel ayında Rio de Janeyro şeherinde uğurla heyata keçirilmiş Azerbaycan medeniyyet heftesi çerçivesinde Azerbaycanın xalq artisti, dirijor Yalçın Adıgözelovun rehberliyi ile Braziliya Simfonik Orkestrin “Qarabağ” muğam triosu ile birge konsertlerine hesr edilmiş veriliş teqdim olunub.

 

Azerbaycanın Braziliyadakı sefirliyinden APA-ya verilen melumata göre, verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bedii rehberi, braziliyalı bestekar Pablo Kastellar Azerbaycanın rengareng klassik musiqisi ve zengin muğam senetinden behs ederek, ölkemizin görkemli bestekarları Qara Qarayev, Fikret Emirov, Vasif Adıgözelovun yaradıcılıq fealiyyeti barede  braziliyalı dinleyicilerine etraflı melumat verib. Onun sözlerine göre, adıçekilen Azerbaycan bestekarlarının eserleri  muğamla sıx bağlıdır ve bu bağlantı Azerbaycan musiqi medeniyyetinin özünemexsusluğunu seciyyelendiren cehetdir.

 

Eyni zamanda, P.Kastellar Azerbaycanın xalq artisti, dirijor Yalçın Adıgözelov ve “Qarabağ” muğam triosu (xalq artisti, xanende Mensum İbrahimov, emekdar artist, tarzen Elçin Heşimov, emekdar artist, kamança ifaçısı Elnur Ehmedov) barede danışaraq onların 2007-ci ilden etibaren bir çox xarici ölkelerde heyata keçirdiyi simfonik muğam layihesinin ehemiyyetini qeyd edib.

 

Veriliş zamanı Qara Qarayevin “Yeddi gözel”, Fikret Emirovun “Azerbaycan kappriçiosu”, Vasif Adıgözelovun “Qarabağ Şikestesi”, Asef Zeynallının “Muğam sayağı”, Hesen Rzayevin “Cahargah stilinde rapsodiya” ve diger eserlerden parçalar seslenib.

 

P.Kastellar Azerbaycan musiqisine hesr edilmiş konsertin keçirilmesinin Braziliya ictimaiyyeti, hemçinin Braziliya Simfonik Orkestri üçün unikal tecrübe olduğunu vurğulayıb.

 


Oxunub 242 defe