Xəbərlər ::

HADİSƏ :: Gömrük hospitalında uğurlu replantasiya emeliyyatı baş tutub

30-07-2015 12:25


 Dövlet Gömrük Komitesinin Merkezi Hospitalında yuxarı etrafın uğurlu replantasiya emeliyyatı aparılıb.

 

Payiz.Az-ın Dövlet Gömrük Komitesinin saytına istinaden verdiyi melumata göre, hospitala müraciet eden 26 yaşlı pasient C.A.Muradovun emeliyyatı hospitalın mütexessisleri - tibb elmleri namizedi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmleri namizedi, damar cerrahı Sabuhi Dadaşov, tibb elmleri namizedi, hekim-cerrah Namiq Bedirxanov terefinden heyata keçirilib. Sağ qolu travma neticesinde amputasiya olmuş xeste Merkezi Hospitalda emeliyyata alınıb. 10 saatlıq emeliyyatdan sonra replantasiya uğurla başa çatdırılıb.

 

Xestenin travma neticesinde qopmuş sağ qolunun uzun müddet qanla techizatının olmamasına ve bu cür hallarda emeliyyatın uğurlu keçmesi ehtimalının az olmasına baxmayaraq, hekimlerin seyi neticesinde travma almış arterial ve venoz damarlar, bazu sümüyü ve ezeleler, eyni zamanda sinir damarları müveffeqiyyetli şekilde berpa edilib. Emeliyyatdan sonrakı dövrde qolun qanla techizatı tam berpa olunub. Xestenin emek qabiliyyetinin berpası 8-12 ay erzinde nezerde tutulub. 

 


Oxunub 469 defe