Xəbərlər ::

SİYASƏT :: Deputatdan Eldar Mahmudova şok ittihamlar: qanunsuz dinleme, manat sabotajı

18-10-2015 21:26

Öten gün Prezident İlham Eliyevin serencamı ile Eldar Mahmudov milli tehlükesizlik naziri vezifesinden azad edilib.

 

 

Eldar Mahmudov işden çıxarılandan sonra metbuatda bu olayla bağlı geniş müzakireler açılıb. Hetta eks-nazirin hebsini iddia edenler de var.

 

Milli Meclisin Tehlükesizlik ve müdafie komitesinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Prezidentin serencamına münasibet bildirib.

 

Onun sözlerine göre, bir çoxları üçün gözlenilmez olan bu addımın esl sebebleri yalnız ölke rehberine bellidir.

 

 

“…bezen ciddi hakimiyyet spamları yaradırdı”

 

“Bununla beraber, öten dövr erzinde milli tehlükesizlik sferasında görülmüş işlerin müsbet qiymetlendirilmesini hamımız teqdir edirik. Lakin onun paralelinde “dövlet başçısını neler qane etmeyib” sualına cenab İlham Eliyevin idareetme stilinin ve yüksek teleblerle yanaşdığı komandasına son mesajlarının kontekstinde aydınlıq getire bilerik.

 

Önce dövlet sisteminde stuktur islahatlarının davam etdirileceyini, komandada yeniliklerin olacağını, idareetmenin yeni merhelesine keçidin baş vereceyini vurğulamaq isteyirem.

 

Unutmamısızsa, bir müddet önce Milli Tehülkesizlik Nazirliyinin de mühüm selahiyyetlerinden biri başqa quruma tapşırılmışdı. Bunun niye edildiyini başa düşmek çetin deyildi. Siyasi elitamızın küreyini söykemeli olduğu orqan özü tam telükesilik qarantiyasını ortaya qoya bilmir, eksine bezen ciddi hakimiyyet spamları yaradırdı”.

 

 

“Narkotiklere qarşı mübarize strukturu seviyyesine enmişdi”

 

 

Deputat hemçinin bu müddet erzinde MTN orqanlarının daha çox neleri etmeli olduğunu barede de danışıb.

 

“Nezere almalıyıq ki, bu struktur xefiyye orqanıdır. Keşfiyyat sistemi ise peşekarları teleb edir. Bu o demekdir ki, regional miqyasda milli menafeyimiz eleyhine istenilen riskleri - terror planlarını, müteşekkil iqtisadi cinayetkarlıq cehdlerini, hetta herbi xarakterli meseleleri de fealiyyetinin başlıca hedefinde saxlamalı olan orqan sanki narkotiklere qarşı mübarize strukturu seviyyesine enmişdi.

 

Daha geniş miqyaslı işleri buraxıb lokal seviyyeli ve daxilde diger qurumlarla paralel çalışmağa cehd elemek dövleti beynelxalq maraqları uğrunda mübarizede xeyli zeif salırdı. Gelin razılaşaq ki, Azerbaycanın tehlükesilik orqanı iqtisadi inkişafımızın başlıca qoruyucusuna ve maraqlarımızın irelilemesine demek olar ki, esaslı yardım ede bilmirdi.

 

Gözegörünmez cebhede ölkemiz eleyhine planları, tehdidleri aradan qaldırmalı olan orqan keşfiyyat işinde de böyük uğurlara imza ata bilmirdi.

 

 

Çünki qlobal miqyasda düşümeyi bacarmaq, konseptual layihelerle işleyenlere istinad etmek, beyin merkezi rolunu oynamaq evezine, daha dar çerçivede mövqe savaşı aparmaq, yaxud qanunsuz dinlemler heyata keçirmek milli tehlükesilik siyaseti sayıla bilmezdi”,-deye Zahid Oruc Eldar Mahmudovun rehberliyini tenqid edib.

 

 

“Siyasi elitamızı qetiyyen qane etmirdi”

 

 

Parlament üzvü deyib ki, dövletin bu güne qederki sabitliyini qürur menbeyi kimi vurğulayırıq, amma, bunun yalnız MTN terefinden temin olunduğunu söylemek çetindir.

 

"Burada prezident yanında mühafize xidmeti ve diger strukturların rolu misilsiz olub. Mehz ona göre regional miqyasda ölkemizin maraqları üçün atılan addımların miqyası mexfi xidmetin işinin teşkiline göre siyasi elitamızı qetiyyen qane etmirdi. Görünen bu idi ki, biz mühüm hedeflerden qalmışıq. Tebii ,biz qlobal miqyaslı vezifeleri qarşımıza qoymamışıq. Çünki beynelxalq siyasi düzeni müyyenleşdiren dövlet deyilik, lakin bölgede menafe savaşında hansı kontur planlarımız var...

 

“Xefiyye orqanları burada hansı rol oynayır?” meselesi heç vaxt qanedici cavabını tapmayıb. Ona göre bizim mekanda xarici xidmet orqanları da xeyli kök salmışdı”.

 

 

 

“Beynelxalq Bankın geri qaytarılmayan kreditlerinde de iştirakçı olub”

 

 

Kadr meselesine toxunan deputat bu meselede de çatışmazlıqların olduğunu istisna etmeyib, hemçinin, peşekar kadrların sıradan çıxdığını da deyib.

 

 

Zahid Oruc Milli Tehlükesizlik Nazirliyinde Beynelxalq Bankla bağlı meselenin hell edilmemesi ve sahibkarların incidilmesi meselesine de aydınlıq getirib.

 

 

“Beynelxalq Bankın etrafında yaşananlar sübut etdi ki, ağır iqtisadi cinayetlere qarşı mübarize aparmalı olan orqan dövletin esas maliyye siyasetini heyata keçirmekde iştirak eden Beynelxalq Bankın geri qaytarılmayan kreditlerinde de iştirakçı olub ve her hansı bir mesuliyyete de malikdir.

 

 

Bu işin araşdırılmasının Daxili İşler Nazirliyine tapşırılması tesadüfi deyil. Çünki dövletin hemin struktura zamanın sınağından çıxmış esaslı etimadı var. Beynelxalq Bankla bağlı işin ölkenin maliyye-bank sferasına ve iqtisadi sabitliye vurduğu ziyanı artıq hamı etiraf edir.

 

 

“Manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da mexfi melumatlardan…”

 

 

Qeyri-resmi melumata göre, manatın dollar qarşısında 33.5 devalvasiyası zamanı da mexfi melumatlardan, dövlet sirlerinin elde edilmesinden böyük iqtisadi fayda götürülmesi üçün istifade edilib.

 

 

Bu ise dövleti heyata keçirmek istediyi iqtisadi tedbirin linç edilmesi idi ve gözlenilen iqtisadi tehülkeden az itki ile çıxmasını xeyli engellemiş oldu. Adeten bele meselerle xarici xidmet orqanları ve diversiya qrupları meşğul olur. Bir meqamı da xüsusi qeyd etmeliyik.

 

Nazirler Kabinetinin sonuncu iclasında ölke başçısının sahibkarlığın boğulması istiqametindeki mesajlarının ünvanı etrafında ictimaiyyetde böyük diskussiyalar ve canlı axtarışlar gedirdi.

 

Sahibkarın soyulması ile yeni iş yerlerinin açılmasına vurulan zerbe ve büdceye ödemelerin engellenmesi haqlı olaraq dövletin birinci şexsinde qezeb doğurmuşdu.

 

Orada sahibkarlığın boğulması, onların müxtelif soyulmalara meruz qaldığı vurğulandı. Lakin hamıya bellidir ki, hüquq-mühafize orqanlarının müdaxilesinden danışarken ilk növbede MTN nezerde tutulurdu.

 

“İş adamlarından töycü teleb eden…”

 

Çünki iş adamları üzerinde töycü ve tehkimçilik qaydalarını quran, onlardan qanunsuz ödemeler teleb eden ne qeder dehşetli olsa da, tehlükesizlik qurumunun temsilçileri idi.

 

Ölkeye gelen azerbaycanlı iş adamalarının sanki ovu aparılırdı. Heresinin üstüne “damarına baxıb qan tezminatı” qoyulurdu. Özüne ve iqtisadi fealiyyetine tehlüke gören vetendaş elinde olan heç bir mühüm xeberi hemin teşkilata vermezdi.

Bu ise ezemetli ve mifik güce çevrilen Merkezi Keşfiyyat İdaresine benzer quruma çevrilmek evezine, sadece qorxu saçan struktur effekti doğururdu.

 

Eger kiminse pulunu alaraq onunla qeyri-resmi biznes ortağına çevrilirsense, onda hemin adamların separatçı ve cinayetkar şexslerden de maddi ödencler müqabilinde ölkenin menafeyini satmaq perspektivini ağlımıza getirmeliyik.

 

Bu ise insanlarda etimad evezine, sadece qorxu istinkti ile işlemek demekdir.

 

Buna istenilen ictimai sorğularda şahid ola bilersiniz. Teessüf ki, ölkenin milli tehlükesizlik heyatı ile bağlı esas qoruyucu zireh olan bir teşkilatın temsilçileri bölgelerde müxtelif şekilde sahibkarlıq fealiyyetine müdaxileler edirler.

 

Bu cür hallarla defelerle qarşılaşmışıq. Onlarla insanın müracieti bizde hele de durur. Lakin onları ictimaileşdirmeden diger vasitelerle aradan qaldırmaq cehdleri ise bele veziyyete sebeb olurdu. Cemiyyetde mif yaratmağa borclu olan bir nazirlikden insanlar özlerini qorumağa cehd gösterirdiler.

 

Cenab Prezident parlament seçkilerinin başa çatmasını gözlemeden vacib qerar verdi. Adeten kiminse istefaya gönderilmesini yeni teyinat müşayiet edir.

 

Göründüyü kimi, bu ele bir situasiyada verilmiş qerar oldu ki... Ölke başçısının son müşavirede söylediyi kimi, hiddetini daşıran, onu hövseleden çıxaran, real idareetmenin geleceyine mane olan hallarla bağlı informasiyalar o qeder böyük olub ki, Prezident milli menafelerimiz üçün hansısa şerti tarixi günü gözlemeyi tehlüke sayıb".

 

Zahid Oruc deyib ki, ölkede yeni idaeetme erasının başlaması seçki mübarizesinden, partiya ve diger herekatlardan deyil, birbaşa dövletin birinci şexsinden ve onun gelecekle bağlı planlarından qaynaqlanır.

 

"Ona göre de cemiyyet Prezidentimizin bele qerarlarının yanındadır, onu hamılıqla müdafie edir ve eslinde bunları inqilabi deyişiklikler kimi qebul edir”.


Oxunub 833 defe