Xəbərlər ::

İQTİSADİYYAT :: "AST Telman"a mexsus aktivlerin bir hissesi Beynelxalq Bankın nezaretinde

19-10-2015 10:40

 İş adamı Telman İsmayılova mexsus olan bezi aktivler Azerbaycan Beynelxalq Bankının nezaretine keçib.

 

"APA-Economics" xeber verir ki, bu barede Rusiyanın "Kommersant" qezeti yazır.

 

Neşrin iddiasına göre, 2010-2011-ci illerde biznesmen Serqey Yançukova mexsus "Sezaria" şirketi T. İsmayılovun "Tandum" offşor şirketine 100 mln. dollar hecminde kredit ayırıb. Kredit 2013-cü iledek verilib.

 

"Çox keçmir ki, İsmayılov kreditlere xidmeti dayandırır. Bundan sonra, 2014-cü ilde "Sezaria"nın şikayeti esasında Nikosiya (Kipr) mehkemesi İsmayılova mexsus 134 milyon dollarlıq aktivleri dondurub", - deye neşr yazır.

 

"Kommersant" bildirir ki, mehkemenin qerarı ile dondurulmuş aktivler sırasında Türkiyede yerleşen "Mardan Palace" oteli, T. İsmayılovun Fransadakı baş evi, Moskvada yerleşen "Safisa" şadlıq evi, "AST Qof" oteli ve Moskva neşriyyat evi var. Qezet yazır ki, aktivlerin bir hissesine diger kreditorlar da iddia edib. Meselen, "AST Qof" oteli ve Nikitsk bulvarında yerleşen mehmanxana kompleksinin layihesi Azerbaycan Beynelxalq Bankının nezaretine keçib.

 

Azerbaycan Beynelxalq Bankının töreme şirketi olan "ABB-Moskva"nın Strateji inkişaf idaresinin reisi Leonid Mileyev "Vedomosti" qezetine bildirib ki, "bankın "AST Qrup"la heç bir kommersiya elaqesi olmayıb" ve informasiya elde etmek üçün Azerbaycan Beynelxalq Bankının baş ofisine müraciet etmeyi tövsiye edib.

 

Azerbaycan Beynelxalq Bankı "Vedomosti" qezetinin müvafiq sorğusuna cavab vermeyib. "Maraqlıdır ki, biznesmenin Nikitsk bulvarındakı layihesinin sifarişçisi Azerbaycan Beynelxalq Bankına yaxın olan "Forstrat qlobal" şirketi olub. Bu barede Moskvanın Memarlıq Şurasının teqdim etdiyi senedlerde qeyd edilib", - qezet yazır.


Oxunub 305 defe