Xəbərlər ::

HADİSƏ :: 78 yaşlı kişini döyerek pulunu apardılar

19-10-2015 16:29

Ağsu rayonunda maskalı şexsler yaşayış evine basqın edibler.

APA-nın yerli bürosunun xeberine göre, hadise rayonun Xatman kendinde qeyde alınıb. Kend sakini, 1937-ci il tevellüdlü Soltanov Hekayet Şanesib oğlu öten gece yaşadığı evde namelum şexslerin hücumuna meruz qalıb. Maskalı şexsler Hekayet Soltanovu döyerek ellerini kendirle bağlayıblar ve ona bıçaqla hede-qorxu gelerek pul teleb edibler. Qorxusundan ses-küy salmayan 78 yaşlı teqaüdçünün evinden 500 manat pul götüren soyğunçular menzilden mis ve alüminium qab-qacağı da aparıblar. Zererçeken Hekayet Soltanov APA-ya bildirib ki, eve basqın edenler 3 nefer olublar ve onlar evde axtarış apararken her şeyi alt-üst edibler. Onları eve getiren avtomobil ise küçede dayanıb, sürücü soyğunçulara beledçilik edib: “Meni ölümle hedelediler. İkinci qrup elilem, onlara müqavimet göstermeye gücüm çatmadı. Tenha yaşayıram, çaresiz qalıb sakit dayandım. Evimi soyub apardılar. Pensiya pullarımı oğurladılar”.

 

H. Soltanov iki il önce de başına analoji hadise geldiyini bildirib. O, deyib ki, o zaman namelum şexsler eve basqın ederek onu döyüb, 2 min manatını aparıblar. Hemin soyğunçuların tapılması üçün iki ildir ki, Ağsu rayon Polis Şöbesi terefinden heyata keçirilen axtarış tedbirleri hele de bir netice vermeyib, soyğunçular tapılmayıb.

   

Qeyd edek ki, öten gece baş veren hadise ile bağlı rayonun hüquq-mühafize orqanlarının emekdaşları Hekayet Soltanovun menziline baxış keçiribler, onun izahatı alınıb. Soyğunçuların tapılaraq istintaqa tehvil verilmesi üçün emeliyyat-axtarış tedbirlerine başlanılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbesi terefinden araşdırma aparılır.

 


Oxunub 293 defe