Xəbərlər ::

HADİSƏ :: MTN-deki qanun pozuntuları barede cinayet işi başlanıldı

19-10-2015 22:32

Azerbaycan Milli Tehlükesizlik Nazirliyinin (MTN) bezi vezifeli şexsleri ile bağlı aşkarlanmış qanun pozuntuları ile bağlı cinayet işi başlanılıb.

 

Hökumetdeki menbelerden APA-ya melum olub ki, faktla bağlı Xüsusi Dövlet Mühafize Xidmeti ve Baş Prokurorluğun emekdaşlarından ibaret istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstem Usubov rehberlik edir.

 

İstintaqın gedişinde MTN-nin bir neçe yüksek rütbeli emekdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçesi barede Sebayil rayon Mehkemesi terefinden artıq hebs qetimkan tedbiri seçilib.  

 

Menbe onu da qeyd edib ki, hebs olunanlar Cinayet Mecellesinin 308-ci (vezife selahiyyetlerinden sui-istifade) ve 309-cu (vezife selahiyyetlerini aşma) maddeleri ile ittiham olunurlar.

 

Araşdırmalar neticesinde onların emellerinde müxtelif cinayet terkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq teleb edilmesi", onların yersiz incidilmesi, MTN-nin selahiyyetine daxil olmayan yoxlamalar aparılması, istintaqa celb olunmaları ve diger emeller daxildir.

 

Sabiq nazir Eldar Mahmudovun saxlanması barede melumat ise tesdiqlenmir.

 

APA-nın elde etdiyi diger melumata göre, sahibkarlardan daxil olmuş şikayetler prezident İlham Eliyevin xüsusi tapşırığı ile Prezident Administrasiyasında araşdırılıb. Araşdırma neticesinde belli olub ki,  sahibkarların şikayetçi olduqları qurumlar arasında ilk yeri Milli Tehlükesizlik Nazirliyi tutur.

 

Xatırladaq ki, prezident İlham Eliyev Nazirler Kabinetinin son iclasında yerli icra hakimiyyeti orqanları, o cümleden hüquq-mühafize orqanlarının sahibkarlara problemler yaratması, bezi hallarda onlardan pul teleb etmesi, sahibkarların boğulması, soyulması, incidilmesi barede danışaraq, bütün qurumlara bu halların aradan qaldırılması barede son xeberdarlıq etmişdi. 


Oxunub 746 defe